Qrup birinci oldu

İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecində qruplar arasında voleybol yarışı keçirmək qərarına gəldik. 163 qrup (mühasibat uçotu) olaraq, var gücümüzü qələbəyə sərf etdik.
Bütün oyunlarda birliyimizi göstərdik. Nəticədə, finala yüksəldik. Rəqib də güclü idi. Lakin, rəqibin oyunlarını diqqətlə izləyib, zəif nöqtələrin çözmüşdük. Rəqibə fərqli taktika göstərməli idik. Belə də etdik. Güclü oyun nümayiş etdirərək 25-17 və 25-16 hesabı ilə qalib gəldik. Bu qələbə bizə kolleçin çempionu adını qazandırdı.
Bizə voleybolun sirlərini öyrədən məşqçi-müəllimimiz Seyran Abdullayevə, yarışın təşkil olunmasına rəhbərlik edən kollec direktoru Sevda Qasımovaya dərin minnətdarlıq və təşəkkürümüzü bildiririk. Göstərdiyi dəstəyə – bizi idman zalı və texniki vasitələrlə təmin etdiyinə görə 3 nömrəli məktəb-liseyin direktoru Əhmədağa Ələkbərova da razılığımızı bildiririk.
Ruhid Rəcəbli

Şərh Yaz