İfalar alqışlarla qarşılanıb

Yeni ilin yaxınlaşdığı ərəfədə, dekabr ayının 25-də Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbinin şagirdləri müəllim Şəhriyar Qəniyevin rəhbərliyi ilə hazırlanmış “Xoş gəlmisən, Yeni il!” adlı konsert proqramı ilə çıxış ediblər.
İfalar alqışlarla qarşılanıb
Konserti dinləyən valideynlər və müəllimlər balaca musiqiçilərin ifalarını alqışlarla qarşılayıblar. Tədbirdə iştirak edən İcra Hakimiyyəti aparatının məsul işçisi Nəsimi Teymurov nümayiş etdirdikləri istedad və bacarığa görə məktəb şagirdlərinə və onların çalışqan müəllimlərinə təşəkkürünü bildirib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz