Uşaq Yaradıcılıq Mmərkəzində anım tədbiri

11 dekabr 2015-ci il tarixdə İsmayıllı Rayon Təhsil Şöbəsi Uşaq Yaradıcılıq Mmərkəzində Ulu öndərin anım günü münasibətilə tədbir keçirib.
Öncə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Uşaq Yaradıcılıq Mmərkəzində anım tədbiri
Rayon Təhsil Şöbəsinin böyük məsləhətçisi, tarixçi, Əməkdar müəllim Ramiz Baloğlanov çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətinlərindən danışıb. O qeyd edib ki, müstəqil Azərbaycanın yaradıcısı və qurucusu olan Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişi dövründə ölkə təhsilini, mədəniyyətini, iqtisadiyyatını, sənayesini, kənd təsərüffatını inkişaf etdirməklə regionda Azərbaycanı lider ölkəyə çevirib, beynəlxalq miqyasda söz sahibi edib. Ölkənin qədirbilən insanları sırasında İsmayıllı əhalisi Ulu öndərin əziz xatirəsini layiqincə yaşadır.
Şəhər 6nömrəli tam orta məktəbinin şagirdləri anım gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Sonda Ulu öndərin anım günü ilə əlaqədar RTŞ-nin keçirdiyi inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
G. Lətifova

Şərh Yaz