Böyük siyasətçi və dövlət xadiminin vəfatından 12 il ötdü

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. İllər keçəcək, müstəqil Azərbaycanın hakimiyyət olimpinə çox siyasi xadimlər gələcək, amma ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsinə qalxmaq, onun ucaldığı zirvəyə çatmaq kimsəyə nəsib olmayacaqdır.
Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür. İƏD üzrə nümayəndəliklərin Tədbirlər Planına uyğun olaraq Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı rayonunun bütün kənd və qəsəbələrində silsilə tədbirlər keçirilib. Keçirilən tədbirlərdə Ulu öndərin həyat və fəaliyyəti haqqında geniş cıxışlar edilib, Ulu öndərin ruhuna dualar oxunub. Keçirilən tədbirlərdən Lahıc, Basqal qəsəbələri, İvanovka, Talıstan, Quşencə, Qalacıq, Diyallı, Xanagah, Qalagah, Qalınçaq, Zərnava, Qoşakənd, Təzəkənd, Müdri və Tircan kəndlərini xüsusi qeyd etmək olar.
Ehtiram Manafov

Şərh Yaz