Tibb işçilərinin anım tədbiri

Dekabr ayının 11-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında Ümummilli liderin anım günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda səhiyyənin inkişafı” mövzusunda tədbir keçirilib.
İlk olaraq Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xəstəxananın baş həkimi Aydın Əsədov çıxış edərək, Ümummilli liderin fenomenal şəxsiyyət olduğunu vurğulayıb, onun həyatı və siyasi fəaliyyəti barədə geniş açıqlama verib. Qeyd edib ki, Ulu öndər dünyanın nadir, fərqli siyasətçisi idi. O, tək Azərbaycan səviyyəsində deyil, dünya miqyasında sözü keçən, nüfuzu qəbul edilən lider idi. Onun siyasəti milli maraqlar üzərində qurulmuşdu.
Tibb işçilərinin anım tədbiri
Tibb işçilərinin anım tədbiri
Daha sonra RİH-nin məsul işçisi Nəsimi Teymurov, xəstəxananın baş həkiminin müavinləri Abdullətif Maqsudov və İsrayıl İsmayılov, YAP ilk təşkilatının sədri Murad Həbibov çıxış edərək bildiriblər ki, bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını artırır.
Mərasim iştirakçıları Heydər Əliyevə həsr edilmiş guşəyə tər qərənfillər düzüblər.
Elnarə Qasımova

Şərh Yaz