Ulu öndərin xatirəsi anıldı

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Talıstan kənd İƏD-i üzrə nümayəndəlikdə kənd sakinlərin iştirakı ilə dəyirmi masa keçirilib. Dəyirmi masada Ulu öndərin keçdiyi həyat yolu və ictimai-siyasi fəaliyyəti xatırlanıb, böyük şəxsiyyətin Azərbaycan xalqının taleyində və tarixində oynadığı əvəzsiz rolu bir daha yad edilib. Г‡ıxışlarda Heydər Əliyevin ömür yolunu təcəssüm etdirən dəyərli sözlər söylənilib, böyük insana olan rəğbət və məhəbbət ifadə olunub.
Talıstan kənd İƏD-i üzrə nümayəndə Sihhət Şirəliyev Ulu öndərin ictimai-siyasi fəaliyyətindən bəhs edib, dahi şəxsiyyətlə bağlı geniş məlumatları dəyirmi masa iştirakçılarına çatdırıb.
Bu sətirlərin müəllifi, İsmayıllı RİH-i başçısının Talıstan kənd İƏD-i üzrə nümayəndəsinin müavini Nazir Qasımov, kəndin ağsaqqalı Sədiyar Babayev, sakinlərdən Nadir Nağıyev, Rövşən Rüstəmov, kənddə məskunlaşmış laçınlı məcburi köçkün Həsrət Abışov, uşaq bağçasının müəllimi Nəcibə Hüseynova müxtəlif aspektlərdən Ulu öndərin fenomen bir şəxsiyyət olduğunu açıqlayıblar.
Dəyirmi masada Aslan Rüstəmov, Rübabə Məmmədova, Vaqif Zülfüqarov, Nizami Hüseynov, Həyat Hüseynova, Ehtiram Əhmədov, Kubra Qurbanova, Abbas Əzizov da dərin ehtiramla Ulu öndər haqqında ürək sözlərini söyləyiblər.
Nazir Qasımov

Şərh Yaz