Dahi rəhbər ürəklərdədir

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dekabr ayının 10-da Diyallı kəndində tədbir keçirilib. Tədbir iştirakçıları Ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək, hörmət və ehtiramlarını bildiriblər.
Dahi rəhbər ürəklərdədir
İsmayıllı RİH-i başçısının Diyallı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rəfail Məmmədov Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq, bildirib ki, Azərbaycanın hərtərəfli inkişafı məhz ümummilli liderin adı ilə bağlıdır. Bu gün prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Rayonumuzda görülən işlər bu qayğının təzahürüdür. Digər çıxış edənlər də Ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətlərinin misilsiz olduğunu qeyd ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz