Ulu öndərə hörmət, ehtiram və sevgilərlə

Respublikamızın hər yerində, həmçinin rayonumuzda dekabr ayının 12-də ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin anım günü keçirilib. Rayon mərkəzində keçirilən mərasimdə ictimaiyyətin çoxsaylı nümayəndələri dahi öndərimizin xatirəsini yad ediblər.
Ulu öndərə hörmət, ehtiram və sevgilərlə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Ümman” Əlil Uşaqlara Qayğı ictimai birliyinin birgə layihəsi əsasında ölkəmizin 11 rayonunda eləcə də, İsmayıllı rayonunda fəaliyyət göstərən, valideyn qayğısından məhrum olmuş və əlil uşaqlara psixoloji yardım və qayğı göstərmək məqsədilə yaradılmış Günərzi Qayğı Mərkəzi də öz işçi heyəti və mərkəzin xidmətlərindən faydalanan balalarla birlikdə mərasimdə iştirak edib, Ulu öndərə olan hörmət, ehtiram və sevgilərinin rəmzi olaraq onun heykəli qarşısına gül dəstələri qoyublar.
Daha sonra isə, balaca fidanlar ümummilli lider Heydər Əliyevin həyat yolu və ölkəmiz üçün gördüyü işlər barəsində uşaqların məlumatlanması və maariflənməsi məqsədilə Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz