Bir məktəbdən iki xəbər

9 dekabr 2015-ci il tarixdə İsmayılı rayon Həşim Əsədov adına Vəng kənd tam orta məktəbində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş bilik yarışı təşkil olunub.
Bilik yarışının qalibləri məktəb rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Birinci yerin sahibinə həvəsləndirici medal, ikinci və üçüncü yerin sahiblərinə diplom təqdim olunub.
Müsabiqənin qalibləri dekabrın 16-da təşkil olunacaq Zona turunda birincilik uğrunda mübarizə aparacaqlar.
***
Dekabrın ayının 10-da məktəbdə keçirilən tədbir mütəqil dövlətçilik tariximizin ilk hərbi naziri, general Səməd Bəy Mehmandarovun 160 illik yubleyi ilə əlaqədar olub.
Tədbirdə məktəbin müəllim, şagird kollektivi və bir qrup valideyn iştirak edib. Г‡ıxış edənlər Milli sərkərdənin həyatı və döyüş yolu barədə maraqlı fikirlər söyləyiblər. Şərqdə ilk demokratik dövlətin hərbi naziri haqqında deyilənlər məktəblilərin hərbi vətənpərvərlik hissi üçün bir stimul olub. Tədbirin bədii hissəsində şagirdlər vətəni, torpağı, qəhrəmanlığı əks etdirən şeirlər səsləndiriliblər.
Rövşən Ağayev,
Həşim Əsədov adına Vəng kənd tam orta məktəbinin direktor müavini

Şərh Yaz