Futbolçularımız da Ulu öndəri anıblar

İsmayıllı Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol üzrə məktəbli oğlanlar arasında rayon birinciliyi keçirilib. Turnirin keçirilməsində məqsəd ümummilli liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, gənclərin kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hərtərəfli formalaşdırmaqdır.
Futbolçularımız da Ulu öndəri anıblar
Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin (Gİİ) rəisi Taleh Salehov açıb. Г‡ıxış edərək bildirib ki, Ulu öndərin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı xidmətləri böyükdür. Azərbaycan dövlətinin tarixi və taleyi Ümummilli liderin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olub. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
Turnirdə 10 komanda iştirak edib. Nəticələrə görə I yeri şəhər 1 nömrəli, II yeri İsmayıllı şəhər 3 nömrəli məktəb-lisey, III yeri isə Hacıhətəmli kənd tam orta məktəbin komandası tutub. Qalib komandalara və fərqlənən iştirakşılara Gİİ-nin diplomları təqdim edilmişdir.
Şəhla Qafarova

Şərh Yaz