Ədliyyə işçilərinin peşə bayramı

Hər il olduğu kimi, bu il də İsmayıllı rayonunda müxtəlif idarələrdə çalışan ədliyyə işçiləri peşə bayramları münasibəti ilə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət ediblər. Abidə önünə tər güllər düzən ədliyyə əməkdaşları tərəfindən Ümummmilli liderin əziz xatirəsi ehtiramla yad olunub.
Ədliyyə işçilərinin peşə bayramı
Gülqoyma mərasimindən sonra aid idarələrdə bayram gününə həsr olunan yığıncaqlar keçirilib. Keçirilən tədbirlərdə diqqətə çatdırılıb ki, bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilib. Г‡ıxışlarda Ulu öndərin ədliyyə və məhkəmə orqanlarının inkişafı prosesində xidmətlərindən danışılıb. Bu sahədə həyata keçirilən uğurlu islahatların Azərbaycanda ədliyyə sisteminin inkişafı və formalaşması ilə nəticələndiyi bildirilib.
Г‡ıxış edənlər Azərbaycanda müşahidə olunan inkişafın ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapdığını, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf, genişmiqyaslı quruculuq işləri, xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanı regionda lider dövlətə çevirildiyini deyiblər. Ədliyyə işçiləri dövlətin onlara olan etimadını şərəflə doğruldacaqlarını, göstərilən diqqət və qayğıya əməli işləri ilə cavab verəcəklərini bildiriblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz