Yaddas kitabcasi

İsmayıllıda Beynəlxalq Gənclər Forumu

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı sentyabrın 1-dən başlayaraq 3 ay müddətində davam edən “Gənclər siyasətinin Azərbaycan modeli” Beynəlxalq Gənclər Forumu adlı maarifləndirmə, təcrübə-informasiya mübadiləsi və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan layihənin icrasına başlayıb.
Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə gerçəkləşən Beynəlxalq Gənclər Forumu “Gənclərin fəal iştirakına nail olaq” devizi və çağırışı altında 15-19 noyabr tarixlərdə İsmayıllı rayonunda təlimlər keçirib. “İsmayıllı 2015-Gənclər Paytaxtı”nda gerçəkləşən bu təlimdə 13 ölkənin 22 nəfər gənci iştirak edib.
İsmayıllıda Beynəlxalq Gənclər Forumu
İsmayıllıda Beynəlxalq Gənclər Forumu
Beynəlxalq Gənclər Forumunun işində İspaniya, Belçika, Polşa, Bolqarıstan, Macarıstan, Latviya, Xorvatiya, Türkiyə, Makedoniya, Bosniya və Herseqovina, Ukrayna, Moldova və Gürcüstan ölkələrinin gəncləri təmsil olunublar.
16 noyabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində Beynəlxalq Gənclər Forumunun rəsmi açılışı olub. Foruma ölkə rəsmilərindən dəvət olunmuş Azərbaycan Respublikası Prezidenti Administrasiyasinin gənclərlə iş sektorunun müdiri Vüsal Quliyev, İsmayıllı RİH-nin başçısının birinci müavini Rövşən Ağayev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Prezident yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, “İrəli” gənclər təşkilatının sədri Mirhəsən Seyidov iştirak ediblər.
Tədbiri Demokratik Tələbə Gənclər təşkilatinin sədri Asif Əsgərov açıb. Forumun proqramına plenar hissə ilə yanaşı 4 panel müzakirəsinin aparılması, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə və informasiya mübadiləsi şəbəkəsinin qurulması, İsmayıllı Bəyannaməsinin qəbulu, kitab çapı və yayımı daxildir.
Ölkəmizdə aparılan gənclər siyasətinin uğurlu nəticələri forum iştirakçılarının diqqətinə çatdırılıb. Bu sahəyə xüsusi dövlət qayğısının nəticəsi olaraq gənclərimizin fərdi şəkildə layihələrinin maliyyələşdirilməsi, xarici ölkələrdə ali təhsil almaları, sahibkarlığın müxtəlif sahələrində uğurlu nəticələr əldə etməsi, dövlətin idarə olunması məqsədilə onların qulluğa cəlb edilməsi ölkəmizdə aparılan gənclər siyasətinin parlaq təzahürü olduğu vurğulanıb.
Forumda xarici ölkə gəncləri Azərbaycanın uğurlu gənclər siyasətinin öz ölkələrində də tətbiq edilməsində yaxından iştirak edəcəklərini diqqətə çatdırıblar. Eyni zamanda müvafiq mövzuda onları maraqlandıran suallar geniş şəkildə cavablandırılıb.
Forumda iştirak edən qonaqlara və forumun təşkilatçılarına rayon İcra Hakimiyyətinin İsmayıllını simvolizə edən hədiyyələri təqdim edilib.
Layihə Azərbaycanın gənclər siyasəti modelinin əcnəbi gənclərə təbliği, bu sahədə gənclərin əməkdaşlıq təşəbbüsü, ölkə prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının və “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın müvafiq tədbirlər planınında nəzərdə tutulan fəaliyyətlərə yönəlməsi baxımından çox əhəmiyyətlidir.
Davam edən layihə çərçivəsində qonaqlar İsmayıllının tarixi yerləri və abidələri ilə yaxından tanış ediliblər.
Gülər Baxışova

Şərh Yaz