YAP-ın gənclər siyasəti, gənclərə diqqət və qayğı

Г‡ağdaş dövrümüzdə, Respublikada milli siyasi iradəni təmsil edən alternativsiz partiya Yeni Azərbaycan Partiyasıdır. Xalqımızın milli maraqlarını ifadə edən, vahid və avanqard siyasi qüvvəyə çevrilmiş bu partiya təkcə ölkəmizin deyil, həm də regionun ən mütəşəkkil və güclü siyasi təşkilatı kimi birmənalı şəkildə qəbul edilir.
YAP-ın gənclər siyasəti, gənclərə diqqət və qayğı
Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası sədri cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda inamla irəliləyir. Ölkənin ümumilli siyasi iradəsinə sadiq, onun maraqlarına xidmət edəcək və ən əsası yeni dönəmdə siyasi fundamental bazanın təminini labüd sayan təcrübəli siyası lider gənclərin yetişdirilməsi və ümumi fəaliyyətə cəlb ediməsini dövlətin əsas prioriteti kimi daim irəli sürürdü. O, bildirirdi ki, gərək partiyada gənclərin sayı daha çox olsun. Bu gün, Azərbaycan gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Məhz o dövrki siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin intellektual səviyyəsinin, peşə hazırlığının yüksəldilməsi üçün müxtəlif tədbirlər görülür. İnnovativ və sosial-ictimai layihələrin icrasına məhz gənclər cəlb edilir. Gənclər həm də dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
Özünəməxsus siyası ənənəsi olan YAP Gənclər Birliyi Azərbaycanda ictimai-siyasi faəliyyət göstərən gənclər təşkilatlarının flaqmanıdır. Respublikanın bütün bölgələrində, o cümlədən İsmayıllıda da YAP rayon təşkilatının gənclər birliyi gənclərini milli ruhda tərbiyələndiriləmsində, zəngin tarixi və mədəni irsin qorunmasında və eyni zamanda, intellektual cəmiyyətin formalaşmasında əsaslı rol oynayır. Bu mənada, partiyanın gənclər qurumunu digər gənclər təşkilatlarından daha fəal mövqedə görürük.
Son illər partiyamızın gənclər birliyi, xüsusi aktuallıq daşıyan yeni ictimai və sosial layihələr həyata keçirir. Bu layihələrin predmeti gənclərin inkişafı ilə bağlı olduğundan belə layihələrin davamlı olmasında daha çox maraqlı tərəf də məhz gənclərdir. Rayonda aparılan gənclər siyasətinin uğuru kimi, İsmayıllının 2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilməsini göstərmək olar.
Təbii ki, rayonun “Gənclər paytaxtı” seçilməsi nə qədər böyük etimaddan xəbər versə də, bir o qədər məsuliyyəti artırırdı. Rayonda böyük rəğbət qazanan YAP rayon təşkilatının builki uğurlu fəalliyətilə, göstərilən etimadı tam doğrultdu. Dövlətin gənclər siyasətində maraqlarını əks etdirən ən incə məqamlar belə ümumi fəaliyyətdə nəzərə alınaraq, ərsəyə gətirilən çoxsaylı layihələrdə özünü biruzə verirdi.
Bəli, əminliklə deyə bilərik ki, bü gün İsmayıllı YAP Gənclər Birliyi ümumilli lider Heydər Əliyev ideyalogiyasına sadiq olan və rayon gənclərini ümumi məqsəd naminə birləşdirən nüfuzlu bir təşkilatdır!
Gülnarə Mirzəliyeva

Şərh Yaz