Məşğulluq Mərkəzində dəyirmi masa

Noyabr ayının 17-də İsmayıllı Rayon Məşğulluq Mərkəzində “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda dəyirmi masa keçirilib.
Məşğulluq Mərkəzində dəyirmi masa
Tədbirdə Məşğulluq Mərkəzinin əməkdaşları, məktəb direktorları, sahibkarlar və müəssisə rəhbərləri iştirak ediblər. Tədbirin əsas məqsədi əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi, işaxtaran və işəgötürənlərlə Məşğulluq Mərkəzi arasında qarşılıqlı əlaqələrin qurulması olub. Səmimi söhbət şəraitində keçən dəyirmi masada tərəfləri maraqlandıran suallar cavablandırılıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Kərimov tədbirdə iştirak edib.
Qadir Abduləzizov,
Mərkəzin əməkdaşı

Şərh Yaz