“Ekoerudit” ekoloji breyn-rinq bilik yarışının İsmayıllı rayon turu keçirilib

Yer üzünün əşrəfi sayılan insan yarandığı andan indiyə qədər təbiətlə daim təmasda olub, olur və olacaqdır. İnsanın yaşaması, günəşdən, torpaqdan, su və havadan asılıdır.
Г‡ox vaxt və haqlı olaraq təbiəti ana təbiət adlandırırlar. Anamız bizi dünyaya gətirmiş və bizi boya-başa çatdırmışdır. Bizim hər birimizin, anamızın da, ümumiyyətlə, insan cəmiyyətinin yaşaması təbiətdən asılıdır. Belə ki, təbiətsiz yaşamaq qeyri-mümkündür. Bu səbəbdən də təbiət anamız qədər əzizdir və onu qorumaq lazımdır.
“Ekoerudit” ekoloji breyn-rinq bilik yarışının İsmayıllı rayon turu keçirilib
İnsan cəmiyyətinin sayı durmadan artır, sənaye və kənd təsərrüfatı inkişaf edir. Bu da öz növbəsində istər-istəməz təbiətə öz təsirini göstərir. Meşələr sürətlə qırılır, torpaqlar şoranlaşır, eroziyaya uğrayır, səhralaşma prosesi genişlənir, şirin su hövzələri və atmosfer çirklənir, bitki və heyvanlar aləmi sürətlə məhv edilir. Bütün bu gedən proseslərə “Ana təbiət” daha dözə bilməyib “həyəcan təbili” çalır. Artıq ekoloji problemlər qlobal xarakter daşıyır. Bununla əlaqədar Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr ekoloji problemlərin həlli ilə əlaqədar qanunlar, qərarlar, konversiyalar və sairə qəbul etmiş və edirlər.
Respublika Təhsil Nazirliyinin və Respublika Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə hər il Respublikamızda məktəblilər arasında “ekoerudit” ekoloji breyn-rinq bilik yarışı keçirir.
Bu məqsədlə İsmayıllı rayon təhsil şöbəsi və İsmayıllı rayon ekoloji tərbiyə və təcrübəçilik mərkəzi 20 noyabr 2015-ci ildə İsmayıllı rayon məktəbliləri arasında bilik yarışı keçirilib.
Maraqlı və elmi məzmunlu keçən bilik yarışında şəhər 2 nömrəli tam orta məktəbinin komandası I yeri tutaraq zona yarışına vəsiqə qazanıb. Zona yarışının İsmayıllı şəhərində keçiriləcəyi bildirilib.
Şəhər 6 nomrəli tam orta məktəb və Təzəkənd kənd tam orta məktəbinin komandaları II yeri, şəhər 1 nömrəli tam orta məktəbinin komandası isə III yeri tutmuşlar.
Qaliblər İsmayıllı Rayon Təhsil Şöbəsinin tərifnamələri ilə təltif edilmişlər.
Cavanşir Abbasov,
İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzinin direktoru

Şərh Yaz