Qurub-yaradan əlləriniz var olsun

Talıstan kəndinin gözəl təbiəti var. Burada yaşayan insanlara ətraf mühit təsirsiz qalmayıb. Kəndin sakinləri saf əqidəli, zəhmətkeş, vətənpərvərdirlər. Dağların qucağına sığınan bu kəndin içindən axan çay bir gözəllik simvolu olsa da, bəzən qarşı tərəfə keçmək problemə çevrilirdi. İsmayıllı rayon İcra Hakimiyyəti başçısı hörmətli Mirdaməd müəllimim kənd sakinləri ilə görüşündə bu məsələ açıqlandı. Г‡ox keçməmiş körpünün tikilməsi üçün materialların gətirilməsi xəbərini eşitdik.
Qurub-yaradan  əlləriniz  var  olsun
Atalar gözəl söyləyib: “Г‡örəyi ver çörəkçiyə, birini də üstəlik”. Mövcud, dar keçidin yanında mükəmməl körpü salınır. Sevinməmək, fərəhlənməmək olmur. Görülən işlər insanın zövqünü oxşayır və sevindirir . Yol çəkmək, körpü salmaq savab işdir. Savab işləri isə görəməyə oğul, hünər lazımdır.
Talıstanın körpüsalanlarına kənd ağsaqqalı Əkrəm Əhmədov yaxından köməklik edir. Sahə rəisi Kərim Kazımov, iş icraçısı Mehrac Abdurəhimovun rəhbərliyi ilə ustalar yeni körpüdə tikintinin tamamlanması üçün əzmlə çalışırlar. Sakinlər görülən işə görə çox sevinir, bu xeyirxah işin görülməsində zəhməti olanlara minnətdarlıq edirlər:
Г‡ox sağ olun, qurub-yaradan əlləriniz var olsun!- deyirlər.
Surə Cəbrayılova,
İsmayıllı rayonu Talıstan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

Şərh Yaz