Sağlam həyat naminə

Noyabr ayının 19-da İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) təşkilatçılığı ilə İsmayıllı Peşə Tədris Mərkəzində maarifləndirmə layihəsi çərçivəsində “Sağlam həyat naminə erkən nikaha yox deyək!” adlı növbəti tədbiri keçirilib.
Sağlam həyat naminə
Sağlam həyat naminə
Qeyd etmək lazımdır ki, İsmayıllı UADM-i tərəfindən mütəmadi olaraq əhalinin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzinin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov tədbir iştirakçılarını salamlayaraq, mövzunun aktuallığını qeyd edib ailə dəyərlərindən, ailə institutunun rolundan və dövlətimizin bu məsələlərə verdiyi önəmdən bəhs edib.
İsmayıllı UADM-nin direktoru Lətifə Əliyeva çıxışında bildirib ki, prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi dövlət siyasəti öz müsbət nəticələrini verir. Əfsuslar olsun ki, bəzi problemlər hələ də qalmaqdadır. Bunlardan biri erkən nikah və uşaqların, xüsusilə qızların təhsildən yayınma hallarıdır. Əhalinin, o cümlədən, gənclərin insan alveri, erkən nikah və qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar barəsində və sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirilmə işinin daha da gücləndirilməsinə ehtiyac yaranıb.
İsmayıllı UADM-in əməkdaşları Lalə Kəbirova və Gülnar Mikayılova erkən nikahlar və onların yaratdığı fəsadlarla bağlı mövcud vəziyyət haqqında məlumat veriblər.
Görüşdə mövzu ilə bağlı ətraflı müzakirələr aparılıb.
Elnarə Qasımova

Şərh Yaz