Vəsiqə və ödənişsiz abunə

“İsmayıllı xəbərləri” qəzetinin redaksiya heyəti rayonun bütün yaşayış məntəqələrindəki yeniliklər, aparılan tikinti-quruculuq işləri, keçirilən mədəni-kütləvi tədbirlər, idman yarışları, habelə, mövcud problemlər barədə oxucularına məlumat vermək məqsədi ilə müəllif yazılarının müsabiqəsini keçirmək qərarına gəlib.
Müntəzəm olmaqla, İsmayıllı ilə bağlı maraqlı, məzmunlu, yığcam xəbər, məqalə, oçerk və digər səpkili yazıları dərc olunanlardan qalib sayılan 3 nəfərə 2016-cı ilin sonunda qəzetin ictimai müxbiri vəsiqəsi veriləcəkdir. Qaliblər həm də ödəniş etmədən qəzetin abunəçisi olacaqlar.
Yazıları qəzetin elektron poçtu vasitəsi ilə göndərə və redaksiyaya təqdim edə bilərsiniz. Yazıya aid şəkillərin keyfiyyətli olması şərtdəndir.
Əlaqə üçün ətraflı məlumatı qəzetin son səhifəsindən əldə edə bilərsiniz.

Şərh Yaz