Yaddas kitabcasi

Hüquqi xidmətdən faydalanmaq istəyənlərin nəzərinə!

Ötən saylarımızda İsmayıllıda fəaliyyətə başlamış “R Legal Consultation” MMC və göstərdiyi xidmət sahələri barəsində oxuculara məlumat vermişdik. Bu sayımızda “R Legal Consultation” MMC-nin vətəndaşlara təqdim etdiyi hüquqi xidmətlərin siyahısını diqqətinizə çatdırırıq. Siz “RLC” MMC-ə müraciət etməklə aşağıdakı hüquqi xidmətlərdən faydalana bilərsiniz:
Hüquqi xidmətdən faydalanmaq istəyənlərin nəzərinə!
Cinayət işləri:
• Zərərçəkən və təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi;
• Apellyasiya və kassasiya şikayətlərinin, etirazların, vəsatətlərin hazırlanması;
• Birinci instansiya, apellyasiya instansiyası və kassasiya instansiyasında təmsilçilik;
• Mülki iddia ərizəsinin tərtib edilməsi və mülki iddia üzrə təmsilçilik.
İnzibati mübahisələr:
• İnzibati mübahisələr üzrə şəxslərin hüquqlarının müdafiəsi;
• İddia ərizələrinin, apellyasiya şikayətlərinin, kassasiya şikayətlərinin, etirazların, vəsatətlərin hazırlanması və göndərilməsi;
• Müvafiq İnzibati-İqtisadi məhkəmələrdə, Apellyasiya və Kassasiya instansiyasında təmsilçilik.
İqtisadi mübahisələr:
• İqtisadi mübahisələr üzrə hüquqi şəxslərin və sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi;
• İddia ərizələrinin, apellyasiya şikayətlərinin, kassasiya şikayətlərinin, etirazların, vəsatətlərin hazırlanması və göndərilməsi;
• Müvafiq İnzibati-İqtisadi məhkəmələrdə, Apellyasiya və Kassasiya instansiyasında təmsilçilik.
Əlaqə nömrəsi: 077-476-12-62
Ünvan: İsmayıllı şəhəri, Babək küçəsi, 10 (M.F.Axundov küçəsindən H.Əliyev parkına dönən yolun üstü).
“R Legal Consultation” MMC

Şərh Yaz