Yaddas kitabcasi

Yeni rubrika: “Sual-cavab” Vərəsəlik nədir? Qanun üzrə vərəsəlik zamanı növbəlik necə müəyyən olunur?

Vərəsəlik ölmüş şəxsin, yəni miras qoyanın əmlakının başqa şəxslərə (vərəsələrə) keçməsidir. Miras qoyanın mirası fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Ölmüş şəxsin mirası vərəsələrə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçə bilər. Qanun üzrə vərəsəlik, yəni ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları qanun üzrə vərəsə hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə aşağıdakılar qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar:
Yeni rubrika: “Sual-cavab” Vərəsəlik nədir? Qanun üzrə vərəsəlik zamanı növbəlik necə müəyyən olunur?
Birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
İkinci növbədə – ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları, qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq şəxsin valideynləri sağ olmasın və yalnız bu halda qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras ala bilərlər.
Üçüncü növbədə – həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.
Dördüncü növbədə – xalalar və bibilər, onlar sağ olmadıqda isə onların uşaqları. Qanunvericiliyə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
Cavablandırdı:
Lətifə Abbasova,
“R Legal Consultation” MMC-nin direktoru

Şərh Yaz