Bayraq qürur mənbəyimizdir

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. Ölkəmizin üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.
1920-ci ilin 28 aprelində Xalq Cümhuriyyəti süqut edəndən və Azərbaycan sovetləşəndən sonra respublikanın üçrəngli bayrağı da dəyişdirilərək qırmızı sovet bayrağı ilə əvəzlənib.
1991-ci il fevralın 5-də respublika Ali Sovetinin qərarı ilə üçrəngli və ay-ulduzlu bayraq yenidən Azərbaycanın Dövlət bayrağı elan edilib.
Bayraq qürur mənbəyimizdirNoyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. Ölkəmizin üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.
1920-ci ilin 28 aprelində Xalq Cümhuriyyəti süqut edəndən və Azərbaycan sovetləşəndən sonra respublikanın üçrəngli bayrağı da dəyişdirilərək qırmızı sovet bayrağı ilə əvəzlənib.
1991-ci il fevralın 5-də respublika Ali Sovetinin qərarı ilə üçrəngli və ay-ulduzlu bayraq yenidən Azərbaycanın Dövlət bayrağı elan edilib.

* * *
Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən Dövlət Bayrağı Günü qeyri-iş günü hesab olunur.
2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Meydanda inşa olunmuş bayraq dayağının hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2 metr, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Bayraq qürur mənbəyimizdir
Bayraq qürur mənbəyimizdir
* * *
Ölkəmizin hər yerində olduğu kimi İsmayıllı rayonunda da Dövlət Bayrağı Günü münasibəti ilə təntənəli tədbir keçirilib.
Noyabr ayının 6-da keçirilən bu tədbirdə rayon İcra Hakimiyyətinin, idarə müəssisə və təşkilatların əməkdaşları, rayon ictimaiyyətinin nümayəmdələri, məktəblilər iştirak ediblər.
Öncə rayon ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər çiçəklər düzüblər. Ümumrayon tədbirinə Bayraq Meydanına məktəblilərin müşaiyəti ilə üçrəngli bayrağımızın gətirilməsi ilə start verilib. Ardınca İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin xor qrupu tərəfindən Azərbaycanın Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Dövlət bayrağının hər bir azərbaycanlının qürur mənbəyi olduğunu vurğulayıb. Üçrəngli bayrağımızın uca tutulmasını və daim ucalarda olmasının hər bir azərbaycanlının müqəddəs arzusu olduğunu dilə gətirib. Başçı bayrağımızın tezliklə işğal altında olan ərazilərimizdə dalğalanacağını və bu günün çox da uzaqda olmadığını bildirib. Azərbaycanın üçrəngli bayrağının tarixi barədə də qısa məlumat verib.
Tədbirdə bayraq tutan şagirdlərin müxtəlif şeir və kompozisiyaları səsləndirməsi proqrama rəngarənlik qatıb. Tədbir rayon Mədəniyyət evinin “Niyal” xalq çalğı alətlərinin konsert proqramı ilə davam edib. Ansamblın bayram proqramı iştirakçılara xoş ovqat bəxş edib.
Ş.Soltanov

Şərh Yaz