Yaddas kitabcasi

Tərkibdə dəyişiklik edilib

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun 06 noyabr 2015-ci il tarixli, 138 saylı sərəncamı ilə RİH yanında Şura iclasının tərkibində dəyişiklik edilib. Sərəncamda göstərilir ki, İsmayıllı rayon prokuroru Rahib Seyidov və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Avtandil Rəhimov vəzifələrini və yaşayış yerlərini dəyişdiklərindən RİH başçısı yanında Şuranın tərkibindən çıxarılıblar.
Sərəncamla Şuranın sədri RİH başçısı Mirdaməd Sadıqov olmaqla, 13 nəfərdən ibarət yeni tərkib təsdiq olunub.
“İsmayılı xəbərləri”

Şərh Yaz