Ənənə halını almış görüş-qəbullar

Yerlərdə mövcud problemlərin öyrənilməsi və əhalinin yaşayış tərzinin yaxşılaşdırılmasına zəmin yaratmaq məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun keçirdiyi səyyar görüş-qəbullar artıq ən-ənə halını alıb.
Diqqətə yetirdiyimiz məqsədə xidmət edən görüş qəbullardan biri noyabr ayının 11-də İsmayıllı şəhərinin Aşağıbaş məhəlləsində keçirildi.
Ənənə halını almış görüş-qəbullar
Görülən işlər barədə qısa məlumat verən M.Sadıqov qarşıda duran vəzifələrdən danışıb.
Təqdirəlayiq haldır ki,ərazidəki problemlərin öyrənilməsi üçün görüş öncəsi sakinlərin rəy və təklifləri ümumiləşdirilmiş halda başçıya təqdim olunur. Bu da keçirilən görüşlərin səmimi şəkildə daha məzmunlu keçirilməsinə təminat yaradır.
Gündəmdə olan problemlər təhlil olundu, aidiyyəti idarə və müəsisə rəhbərlərinə onların həlli ilə bağlı tapşırıqlar verildi.
Ərazidə suvarma suyunun olmaması işsizliyə şərait yaradan hal kimi diqqətə çatdırıldı.
Son 2 ildə rayonda həyata keçirilən yenilik, tikinti-quruculuq işlərinə görə minnətdarlıq da çıxışlarda öz əksini tapdı.
Г‡ıxış edənlər görüşdə səsləndirilən problemlərin də tezliklə həll olunacağına ümidvar olduqlarını bildirdilər.
Görüş-qəbulda şəxsi problemlərdən, onların həllindən də söhbət açıldı.
Ş.Soltanov

Şərh Yaz