Demokratik seçkilər keçirilib

Noyabr ayının 1-də havanın yağmurlu olmasına baxmayaraq, rayon sakinləri Parlament seçkilərində xüsusi fəallıq göstərərək, Milli Məslis üzvlüyünə layiq bildikləri namizədə səs vermək üçün seçki məntəqələrinə üz tutublar.
Rayonun əksər məntəqələrində müşahidə olunan seçici mədəniyyətinin əvvəlki illərlə müqayisədə kifayət qədər yüksəlməsi ilk növbədə diqqəti çəkib.
Demokratik seçkilər keçirilib
Demokratik seçkilər keçirilib
Səsvermə günündə rayonda ümumi seçici fəallığı yüksək olub. 41050 seçicidən 23074 nəfəri səsvermədə iştirak edib.
Səslərin hesablanması zamanı bülletenlərdən 22552 ədədinin etibarlı, 522 ədədinin isə etibarsız olduğu müəyyən edilib.
Bütün məntəqələrdə səsvermə baş tutub. Məntəqələrdə xeyli sayda müşahidəçi və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndəsi səsvermənin gedişini izləyib və işıqlandırıb. Yerli müşahidəçilərlə yanaşı seçkilərin gedişini xaricdən gələn müşahidəçilər də izləyiblər.
Məntəqələrdən beşində quraşdırılmış veb-kameralar görüntüləri fasiləsiz olaraq yayıb. 86 saylı İsmayıllı Dairə Seçki Komissiyası gün ərzində seçicilərdən dairəyə heç bir şikayətin daxil olmadığını bildirib. Həmin gün Mərkəzi Seçki Komissiyasına da rayonda keçirilən seçkilərlə bağlı narazılıq əks etdirən xəbər daxil olmayıb.
Demokratik seçkilər keçirilib
86 saylı İsmayıllı Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizədliyini irəli sürən 5 nəfərdən biri – Aslanov Novruzəli Davud oğlu 16423 səslə Parlamentdəki 125 yerdən birini tutub.
Aparılan sorğularda da sakinlər seçki kompaniyasının demokratik prinsiplərə uyğun, tam şəffaflıq şəraitində keçdiyini qeyd ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz