İsmayıllı rayonunda vətənpərvərliyin təbliğinə dəstək

Müstəqil və inkişaf etmiş Azərbaycanımız zəngin, qədim tarixi milli adət-ənənələri ilə dünya ölkələri və xalqlarından fərqlənir. Ölkəmiz qədim İpək yolu üzərində yerləşdiyindən mədəniyyətimiz, mədəni xüsusiyyət və adət-ənənələrimiz də özünə uyğun şəkildə formalaşmışdır.
Bu gün yeni iqtisadi-siyasi sistemə keçid dövrünü yaşayırıq. 1990-cı illərin əvvəllərindən başlayan işğalçı Ermənistanın Azərbaycana qarşı apardığı müharibədə Azərbaycan xalqı torpaqlarının 20 faizə qədərini itirsə də, 1 milyondan artıq soydaşımız ata-baba torpaqlarından qovulub qaçqın kimi yaşasa da, bu səbəbdən ölkəmizin sosial-iqtisadi vəziyyəti aşağı düşsə də, xalqımızın vətənpərvərlik ruhu daim yüksək olmuşdur.
İsmayıllı  rayonunda  vətənpərvərliyin  təbliğinə  dəstək
Hazırda ölkənin hər yerində yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və xalqımızın bu ənənəsinin nəsildən-nəsilə ötürülməsi ən vacib məsələlərdən biridir. Günü-gündən artan müasirləşmə, İKT vasitələrinin insan həyatına təsiri, bir çox gənclərin bu imkanlardan faydalı istifadə etməmələri və əsasən, oyun və əyləncə üçün istifadə etmələri onların nəinki sağlamlıqlarına, həmçinin vətənpərvərlik hisslərinə mənfi təsir göstərir.
Bundan əlavə, bir sıra yerli televiziya kanallarında yayımlanan müxtəlif mövzulu şou proqramlar, milli-mənəvi dəyərlərimizə zidd olan kommersiya məqsədli proqramlar və son illərdə uğursuz çəkilən, gənclərin psixologiyasına mənfi təsir edən seriallar da bu baxımdan xüsusi vurğulanmalıdır.
Fiziki baxımdan sağlam olan gənclərimiz həm torpaqlarımızın müdafiəsi üçün, həm də idman ənənələrinin gələcək nəsillərə çatdırılması baxımından daha böyük üstünlüklərə malikdirlər. Bu baxımdan keçirilən idman yarışları gənclərə yeni imkanlar verir və onları inkişaf etdirir.
Məqsədim, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi Uşaq və Gənclər Siyasəti üzrə qəbul edilmiş Dövlət Proqramları və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində müəyyən fəaliyyətləri mümkün qədər həyata keçirməkdir.
Bütün bu və digər məsələləri nəzərə alaraq, orta məktəblərdə, məktəbli gənclər arasında vətənpərvərlik ruhunun artırılması üçün maarifləndirmə işlərinin və bu istiqamətdə rayon ictimaiyyətinin iştirakı ilə müzakirələrin keçirilməsini vacib hesab edirəm.
Bu məqsədlə layihə rəhbəri olaraq “İsmayıllı rayonunda vətənpərvərliyin təbliğinə dəstək” adlı layihə ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna muraciət edib 7-ci qrant müsabiqəsinin qalibi olmuşam.
Abbasova Əsmər Г‡ingiz qızı,
layihə rəhbəri

Şərh Yaz