Dədə Qorqud gənclərlə bir arada

Oktyabr ayının 30-da İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin bazasında “Kitabi-Dədə Qorqud Avropada” mövzusunda açıq dərslər dinlənilib. Tədbirin davamı olaraq rayon Uşaq Yaradıcılıq Mərkəzində elmi-praktiki konfrans keçirilib.
Dədə Qorqud gənclərlə bir arada
Konfransda rayon İcra Hakimiyyətinin əməkdaşı Gülnarə Mirzəliyeva, RTŞ-nin Metodik kabinetinin müdiri Hümbət Əsədov, şəhər məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
Məruzəçi, Rayon Təhsil Şöbəsinin metodisti Rəna Mirzəliyeva bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanlarının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Keçmiş sovetlər birliyində məhz ulu öndər Heydər Əliyevin tapşırığına əsasən 1975-ci ildə “Dədə Qorqud” bədii filmi çəkilib, 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud”un 1300 illiyi haqqında” Fərman, 2000-ci ildə isə “Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması” ilə bağlı Sərəncam imzalanıb. Ümummilli lider tərəfindən “Kitabi-Dədə Qorqud”la bağlı müəyyənləşdirilmiş dövlət siyasəti bu gün də uğurla davam etdirilir.
Konfransda 4 nömrəli tam orta məktəbinin müəllimi Sevda Əmirova, 1 nömrəli tam orta məktəbinin müəllimləri – Bahar Abdullayeva və Təranə Məmmədovanın məruzələri dinlənilib.
İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov yekun nitqi ilə çıxış edib. O, tədbirin təşkilatçıları olan müəllimlərə, Uşaq Yaradıcılıq Mərkəzinin əməkdaşlarına və kompozisiyada iştirak edən şagirdlərə təşəkkürünü bildirib.
Sevda Cahangirova

Şərh Yaz