Hüquqi mövzuda maraqlı tədbir

3 noyabr 2015-ci il tarixdə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin akt zalında İsmayıllı Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib.
Hüquqi mövzuda maraqlı tədbir
Tədbiri açan məktəb direktoru Elçin Məmmədov qonaqları salamlayıb, sözü rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasova verib. X.Abbasov ilk öncə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və “Uşaq hüquqları aylığı”nın mahiyyətindən danışıb. Hüququn ayrı-ayrı sahələri barəsində məlumat verən hüquqşünas çıxışını əsasən şagirdlərlə diskussiya şəklində qurub.
Tədbirdə İsmayıllı rayon prokurorunun köməkçisi Turxan Seyid iştirak və çıxış edib. O, Azərbaycanda hüquq-mühafizə sisteminin təşkilindən, hüquqi müdafiə mexanizmlərindən danışıb, bu sahədə uşaqları maraqlandıran sualları cavablandırıb.
Hüquqi mövzuda maraqlı tədbir
“İslamda uşaq hüquqları” mövzusunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimli geniş məlumat verib və mövzu ilə bağlı şagirdləri diskussiya aparmağa istiqamətləndirib.
Sonda məktəbin direktoru E.Məmmədov bu qəbildən olan görüşlərin zəngin dünyagörüşünə malik vətəndaş yetişdirilməsində əhəmiyyətindən danışıb, qonaqlara maraqlı tədbirə görə minnətdarlığını bildirib.
Aynur Orucova,
məktəbin müəllimi

Şərh Yaz