Bayraq muzeyində olduq

7 noyabr 2015-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi, eləcə də İsmayıllı Turizm İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun bir qrup gənci Dövlət Bayrağı Günü münasibəti ilə Bakı şəhərinə səfər etdik. Gənclərimiz əvvəlcə Dövlət Bayrağı Muzeyi və Dövlət Bayrağı Meydanı ilə tanış oldular.
Bayraq muzeyində olduq
Azərbaycan dövlətçiliyinin müxtəlif dövrlərinə aid olan bayraqlar bizdə böyük maraq oyatdı.
Muzeylə, buradakı bayraqlarla tanışlıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri işləyərkən üçrəngli bayrağı Dövlət bayrağı kimi qəbul etmiş ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdik.
Vətənimiz, xalqımız və bayrağımız uğrunda canından keçən şəhidlərin müqəddəs ruhu Şəhidlər xiyabanına ziyarətlə yad olundu.
İsmayıllı gəncləri bu səfərdən sonra Vətən qarşısındakı borclarını bir daha dərindən dərk etdilər.
Şövqi Əhmədov

Şərh Yaz