Uşaq hüquqları aylığı

7 noyabr 2015-ci il tarixdə N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə növbəti tədbir keçirilib. Tədbir öncəsi iştirakçılar Azərbaycan Dövlət himnini səsləndiriblər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Qalib Bəşirov açıb. Tədbirin əlamətdar bir ərəfədə keçirildiyini qeyd edən məktəb direktoru müəllim və şagirdləri, qonaqları salamlayıb, sözü rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasova verib.
Uşaq hüquqları aylığı
Hüquqşünas öz çıxışında uşaqların hüquq və vəzifələrini daha dərindən öyrənməyin mahiyyətindən danışıb. Hüququn ayrı-ayrı sahələrindən qısa məlumat verən natiq uşaq hüquqlarının təmin edilməsi mexanizmindən söhbət açıb və bu sahənin inkişaf dinamikasını, bu sahədə son dövrlər dövlət tərəfindən görülən işlərin müsbət uğurlu nəticəsini vurğulayıb. Maraqlı görüş şagirdlərin diskussiyaya cəlb olunması şəraitində keçib. Hüquqi mövzuda daha zəngin biliyə malik olanlar qoyulan sualları cavablandırıblar. Qaliblərə hüquq sahəsinə aid kitablar hədiyyə olunub.
RİH-nin şöbə müdiri X.Abbasov şagirdləri maraqlandıran sualları cavablandırıb.
G.Mirzəliyeva

Şərh Yaz