Gənc Təsərrüfatçılar Məktəbində

6 noyabr 2015-ci il tarixdə, rayonun Heydər Əliyev Mərkəzində Gənc Təsərrüfatçılar Məktəbinin növbəti dərs məşğələsi keçirilib. Məşğələdə Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondunun, Bakı Dövlət Universitetinin nümayəndələri, müdavimlər iştirak ediblər.
Gənc Təsərrüfatçılar Məktəbində
Məktəbin icraçı rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova öncə qonaqları salamlayıb və dərsi açıq elan etdi. Bilik Fondunun aparıcı məsləhətçisi Almaz Axundova ailə fermer təsərrüfatının quruluşu və fəaliyyətinə aid norveçlilərin təcrübəsini əks etdirən filmi sinxron tərcümə ilə nümayiş etdirib.
Bakı Dövlət Universitetininin jurnalistika fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva “Kitabi-Dədə Qorqud” dastanlarında torpağa və onun əkilib-becərilməsinə münasibət mövzusunda mühazirə söyləyib.
Məşğələ qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və maraqlı təkliflər səsləndirilib.
G.Baxışova

Şərh Yaz