Beynəlxalq EKO dərs

12 noyabrda şəhər 1 nömrəli tam orta məktəbində “Su qoruyucuları” adlı “Beynəlxalq EKO dərs” –“ seminar-müşavirə keçirilib.
Seminarda RTŞ Metodik Kabinetin drektoru Hümbət Əsədov, RTŞ metodik kabinetin metodisti, bu sətirlərin müəllifi Sevda İsmayılova, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin drektoru C.Abbasov, şəhər 6 nömrəli tam orta məktəbinin biologiya müəllimi P.Abbasova, məktəbin drektoru Şahin Gənciyev və biolgiya müəllimləri iştirak edib.
Beynəlxalq EKO dərs
Beynəlxalq EKO dərs
Seminar şəhər 1 nömrəli tam orta məktəbinin biologiya müəllimi M.Məmmədovanın “Su qoruyucuları” adlı “Beynəlxalq EKO dərs” mövzusunda təqdimatı ilə başlayıb. 7 “C” sinif şagirdlərinin qrup işlərinin təqdimatından sonra şagirdlər cib kitabçaları hazırlayıblar. Şagirdlərin suyun təmizlənməsi üçün hazırladıqları əl işləri diqqəti daha çox çəkib.
Sonda Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin drektoru C.Abbasov su problemi haqqında geniş məlumat verib. Seminar RTŞ Metodik Kabinetin drektoru H.Əsədovun yekun sözü ilə bitib.
S.İsmayılova,
İsmayıllı RTŞ metodik kabinetin metodisti

Şərh Yaz