Uşaqlarımıza özü kimi olmağı öyrədək

Heç bir valideyn övladının həyatda bədbəxt, uğursuz, problemli olmasını istəməz. Bunu hamımız bilirik və təsdiq edirik. Əfsuslar olsun ki, çox vaxt hərəkətlərimiz bunun əksini ifadə edir.
Hamımızı yaradan Allahdır. Bu səbəbdən valideynin borcu heç də uşağı “yenidən yaratmaq”, uşağın ruhuna hökm etməklə, onu özünə oxşatmağa çalışmaq deyil.
Valideynin borcu ona əmanət edilən bu şirin qonağın qorunmasına, böyüməsinə, həyatı dərk etməsinə, yaşamaq üçün zəruri olan bilgiləri öyrənməsinə kömək etməkdir. Sadəcə, kömək etmək. Bu köməkliyi uşağa bizim istədiyimiz vaxt deyil, onun ehtiyac duyduğu vaxtda etmək lazımdır.
Valideynlər uşağa özü kimi olmaq fürsəti verməlidir. Unutmamalıyıq ki, uşaqlıqdan yalnız özü kimi olanların böyük əksəriyyəti həyatda uğur qazana biliblər.
Hər insan fərqli daxili aləmə malikdir. Qanla gələn sümüklə çıxar məsəlindən də bəlli olur ki, heç kim heç kimin yaranışdan olan xüsusiyyətlərini dəyişdirə bilməz. Hər insan bu cür fərqli xüsusiyyətləri ilə gözəldir.
Övladlarımızı nə özümüzə, nə də bir-birilərinə oxşatmamalıyıq. Nəyəsə və ya kiməsə oxşadıqlarına görə deyil, özləri olduqlarına, insan olduqlarına görə dəyər verməliyik onlara. Yetər ki, biz onlara insani keyfiyyətləri yetərincə aşılaya bilək.
Mütəfəkkirlər belə hesab edirlər ki, uşaqlarımız bizim uşaqlarımız deyil, onlar, onları gözləyən həyatın oğulları və qızlarıdır.
Valideynlər övladlarının dünyaya gəlmələrinə vasitə olsalar belə, onlar yalnız valideynlərinə deyil, xalqa, millətə, cəmiyyətə məxsus olduqlarını unutmamalıdırlar.
Uşaqlar valideynlərilə birlikdə olsalar da, onların malı, sərvəti deyillər.
Valideynlər uşaqlarına sevgisini verə bilər, ancaq düşüncələrini əsla! Г‡ünki onların özlərinə xas düşüncələri vardır.
Uşaqların mədələrini doyurmaq mümkündür, ruhlarını isə qətiyyən! Uşaqların ruhları sabahın ucalacaq saraylarındadır. Valideynlər uşaqlarını formalaşdırmaq istədikləri məqamda o sarayları yuxularında da da görə bilmirlər.
Valideynlər də bəzən uşaq olmaq arzusuna düşə bilər, lakin heç vaxt uşaqları özlərinə bənzətməyə çalışmamalıdırlar. Г‡ünki həyat geriyə addım atmır.
Əziz valideynlər, biz azad baxışlı, sərbəst düşüncəli, kamil insan olmağa dayanmadan səy göstəririk.
Bunun üçün də övladlarımızı şəxsiyyətyönümlü, müstəqil fikir yürütməyi bacaran, özgüvənli yetişdirməliyik. Yalnız bu halda cəmiyyətimizin sağlam gələcəyini təmin etmiş olarıq.
Elnarə Günəş

Şərh Yaz