Rayon birinciliyi keçirilib

5 noyabr 2015-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin planına uyğun olaraq İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin idman bazasında payız çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram poliotlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.
Rayon birinciliyi keçirilib
Yarışı girişi sözü ilə Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açıb. O, yarış iştirakçılarını salamlayıb, komandalara uğur arzulayıb. Yarışda rayonumuzun tam orta məktəblərindən 18 komanda iştirak edib. Komandalar qalib olmaq uğrunda gərgin mübarizə aparıblar.
Yarışın keçirilməsində gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə yanaşı əsas məqsədlərdən biri də Vətənin Müdafiəsinə Hazıram poliotlon çoxnövçülüyünün payız çağırışına həsr olunmuş zona birinciliyində iştirak etmək üçün rayon komandasına istedadlı gənclərin cəlb olunmasıdır. Bu idman yarışı dörd növdən ibarətdir – 100, 2000 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma.
Yarışda İstusu kənd tam orta məktəbinin komandası I, Diyallı kənd tam orta məktəbinin komandası II və şəhər 3 nömrəli məktəb-liseyin komandası isə III yeri qazanıb. Qalib komandalar İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
Şəhla Qafarova

Şərh Yaz