“Əlaçı” diplomlu Taleh

Azərbaycan Respublikası Təhsil Nazirliyinin layihəsi üzrə Az.tv-də yayımlanan “Əlaçı” intellektual bilik yarışmasında respublikanın müxtəlif bölgələrindən 144 nəfər şagird ciddi seçimdən keçərək “Ən yaxşı məktəbli” adı uğrunda mübarizə aparıb. Həmin məktəblilərin 8 nəfərı İsmayıllı rayonunun təhsil müəssisələrini təmsil edib. “Əlaçı” diplomlu TalehAzərbaycan Respublikası Təhsil Nazirliyinin layihəsi üzrə Az.tv-də yayımlanan “Əlaçı” intellektual bilik yarışmasında respublikanın müxtəlif bölgələrindən 144 nəfər şagird ciddi seçimdən keçərək “Ən yaxşı məktəbli” adı uğrunda mübarizə aparıb. Həmin məktəblilərin 8 nəfərı İsmayıllı rayonunun təhsil müəssisələrini təmsil edib.
“Əlaçı” diplomlu Taleh
Cülyan kənd tam orta məktəbinin XI sinif şagirdi Taleh Ağayev də bu yarışmanın iştirakçısı olub. O, yüksək intellekt nümayiş etdurməklə IV verilişin qalibi adını qazanıb. Valideynlərinə, müəllimlərinə və həmyerlilərinə sevinc bəxş edən T.Ağayev “Əlaçı” diplomunun sahibi olub və super finala çıxıb.
Arzulayırıq ki, Taleh finalda da qalib olsun.
“İsmayıllı xəbərləri”

Şərh Yaz