Yaxşı yaşamağın yolu yaxşı işləməkdən keçir

Qubaxəlilli İsmayıllı rayonunun böyük kəndlərindən biridir. Burada 534 təsərrüfat və 433 evdə yaşayan əhalinin sayı 2289 nəfərdir. Kənddəki tam orta məktəbdə 295 şagird təhsil alır. Kənddə 16 nəfər Qarabağ müharibəsi veteranı, 5 şəhid ailəsi yaşayır. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Yeri gəlmişkən, qeyd edək ki, İsmayıllıda 2015-ci ildə 103 min ton taxılın əldə olunmasında Qubaxəlilli təsərrüfatçılarının böyük zəhməti olmuşdur. Burada 4 min hektardan artıq sahədə taxıl əkilir. Torpaqların münbitliyi nəticədə özünü göstərir.
Yaxşı yaşamağın yolu yaxşı işləməkdən keçir
Oktyabr ayının 20-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qubaxəlillidə yaşayan kənd sakinləri ilə görüşüb. RİH başçısı beynəlxalq aləmdə baş verən hadisələr, ölkədə, eləcə də rayondakı sabitlik haqqında etdiyi qısa açıqlamadan sonra kəndin sosial durumu ilə maraqlanıb.
Sakinlərin çıxışlarından məlum olub ki, təsərrüfatlarda suvarma suyu kimi Girdiman çayından yararlanma məsələsi hələ də problem olaraq qalmaqdadır.
Kənd tam orta məktəbinin, həkim məntəqəsinin təmiri, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi, kanalizasiya xəttinin çəkilməsi, kəndarası yolların asfaltlanması kimi vacib məsələlər problem adı ilə diqqətə çatdırıldı.
Sakinlər mövcud elektrik sayğaclarının smart kart tipli sayğaclarla əvəzlənməsi, futbol meydançası salınması, kənddə uşaq bağçası, idman zalı tikilməsi arzusundadır.
Kəndin bir məhəlləsinə və inzibati ərazi dairəsinə daxil olan Г‡ərmədil kəndinə təbii qaz verilməsi, yeni artezian quyularının qazılması bir istək olaraq çıxışlarda səsləndi.
Yaşlılar pensiyalarını rahat almaq üçün kənddə “bankamat” qurulmasından söz açdılar.
Г‡ıxışları diqqətlə dinləyən RİH başçısı M.Sadıqov qaldırılan problemlərin həlli ilə əlaqəli aidiyyəti müəssisə və idarə rəhbərlərinə yerindəcə tapşırıqlar verdi. Həlli yuxarı təşkilatlar qarşısında qaldırılacaq məsələlər müəyyənləşdirildi.
Başçı kənd sakinlərini qarşıdakı ildə daha bol məhsul almaq üçün əkin sahələrinə aqrotexniki qulluq göstərməyi tövsiyə etdi. Gəncləri yaxşı yaşamaq üçün daha yaxşı işləməyə, gəlir gətirən iş yerləri açmağa, torpaqlardan səmərəli istifadə etməyə səslədi.
Şahməmməd Soltanov

Şərh Yaz