Təbrik edirik

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan neft sənayesi sahəsində səmərəli fəaliyyətinə və uzun müddət energetika müəssisələrində fəal çalışdığına görə Sumqayıt Dövlət Universitetinin müəllimi, texnika üzrə fəlsəfə doktoru dosent, Əməkdar mühəndis İslam Zalı oğlu İslamov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Təbrik edirik
Bu münasibətlə onu çalışdığı Universitetin kollektivi, gənclik şəhəri Sumqayıt sakinləri, alim və mühəndis dostları, yaxınları ürəkdən təbrik etmiş, ona xoş və ülvi arzularını bildirmişlər.
Gənc nəslin təlim-tərbiyəsində, energetika kadrlarının yetişdirilməsində böyük əməyi olan İslam müəllimi İsmayıllı RİH-nin aparat işçiləri, rayon ictimaiyyəti, xüsusilə anadan olduğu Təzəkənd kənd sakinləri, eləcə də qəzetimizin redaksiya heyəti adından təbrik edir, ona həyatın ən şirin neməti olan can sağlığı arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz