Yaddas kitabcasi

Rayon gəncləri ilə görüş

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov mütəmadi olaraq rayon gəncləri ilə görüşlər keçirir. Artıq bu, bir ənənə halını alıb. Belə görüşlərdən biri 24 oktyabr 2015-ci il tarixdə reallaşıb.
RİH başçısının budəfəki görüşü İnnovasiyalar qrupu və rayon gəncləri ilə olub. Görüşdə RİH başçısının müavini Sevil Əhmədova, İctimai-siyasi şöbənin əməkdaşları, RTŞ-nin müdir müavini Rahim Baxışov, RMT-nin müdiri Azər Abbasov, rayon Gİİ-nin rəisi Taleh Salehov və rayonun 90 nəfər fəal gənci iştirak edib.
Rayon gəncləri ilə görüş
İştirakçıları salamlayan RİH başçısı Mirdaməd Sadıqov bu gün Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində fəallığı ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb.
Sonra tədbirdə İnnovasiya mərkəzinin rəhbəri Valeh Kərimov, şəhər 3 nömrəli məktəb-liseyinin şagirdi Toğrul Qasımov, Lahıc qəsəbə tam orta məktəbinin idman müəllimi Bənövşə İsmayılov həyata keçirdikləri layihələr və gələcəkdə görəcəkləri işlər barədə çıxış ediblər.
Şəhər 1 saylı tam orta məktəbin müəllimi Ruhiyyə Mahmudova, Surə Mehdiyeva, Keyvəndi kənd tam orta məktəbinin kimya müəlliməsi Sevinc Novruzova təhsilin inkişafı ilə bağlı təkliflərini irəli sürüblər. Sonda göstərilən diqqət qayğıya görə gənclər adından çıxış edən Cüdo Mərkəzinin rəhbəri Əkbər Şəfaqətov rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirin yekununda RİH-nin başçısı Mirdaməd Sadıqov gənclərə tövsiyə və tapşırıqlarını verərək onları ictimai fəallığa dəvət edib.
G.Mirzəliyeva

Şərh Yaz