Gənclər fəallıq göstərib

Oktyabr ayının 23-də Heydər Əliyev Mərkəzində “Gənc Beynəlxalq Hüquqşünaslar” ictimai birliyinin təşəbbüsü və İsmayıllı RİH-nin təşkilatçılığı ilə “Gənclərin səsi” layihəsi çərçivəsində ilk dəfə səs verən gənclərin bir qrupu ilə görüş keçirilib.
Gənclər fəallıq göstərib
Gənclər fəallıq göstərib
Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb. O, çıxışında vurğulayıb ki, gənclərimiz arasında sözügedən mövzuda yetərincə seçkiqabağı təbliğat işləri aparılıb.
Ardınca Bakı Dövlət Universitetinin dosenti, Universitet Savadlı Qadınlar cəmiyyətinin sədri “Gənc Beynəlxalq Hüquqşünaslar” ictimai birliyinin rəhbəri Tamam Cəfərova çıxış edib. O qeyd edib ki, layihənin icrasında əsas məqsəd ilk dəfə səs verən gənclərin bu sahədə maarifləndirilməsidir. T.Cəfərova gənclərlə müzakirədə aktiv və passiv seçki hüquqlarından bəhs edərək, onları öz seçici hüquqlarından yararlanmağa dəvət edib. Layihə rəhbəri dialoq zamanı gənclərin fəallıq nümayiş etdirmələrini yüksək qiymətləndirib.
Tədbirdə iştirak edənlərə maarifləndirici ədəbiyyatlar paylanıb. Görüş-seminar maraqlı müzakirələrlə yekunlaşıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz