Mühüm amil

Gənc nəslin tərbiyə edilməsində müəllim-şagird-valideyn manasibətlərinin düzgün qurulması mühüm amildir.
Müasir dövr hər bir məsələyə yeni baxımdan yanaşmağı tələb edir. İndi məktəblərdə “interaktiv təlim metodları”, “Əks mərkəzləşdirmə”, “Təkmilləşdirilmiş məktəb şurası” və s. kimi yeni, daha mütərəqqi üsulların tətbiqinə geniş meydan verilir.
Məqsəd isə hərtərəfli inkişaf etmiş, vətənpərvər vətəndaşlar tərbiyə etməkdir. Bu işdə pedaqoji üçlüyün heç birinin fərqli mövqeyi ola bilməz.
Ailə, məktəb və ictimaiyyətin kompleks halında həyata keçırdiyi tədbirlər prosesində şagirdlərdə elmi dünyagörüşü formalaşmaqla yanaşı, həm də bu prosesdə bütövlükdə məktəblilərin mənəvi zənginliyini təmin edən keyfiyyətlər də tərbiyə olunur.
Mühüm amil
İş təcrübəmizdən də görürük ki, şagirdlərdə elmi dünyagörüşünü formalaşdırmadan, onları, yüksək ideallar əsasında tərbiyələndirmədən qarşıya qoyulmuş məqsədə nail olmaq mümkün deyil. Buna isə o vaxt müvəffəqiyyətlə nail olmaq olar ki, məktəb, ailə və ictimaiyyət bircə hərəkət etsinlər. Şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması üçün təkcə məktəbin və müəllimin şagirdlərə təsiri kimi başa düşmək, onu məktəb çərçivəsilə məhdudlaşdırmaq olmaz.
Məlumdur ki, şagirdlər ixtiyarlarında olan vaxtın bir hissəsini məktəbdə olur, qalan hissəsini ailədə və məktəbdən kənar yerlərdə keçirir. Deməli, uşaqların tərbiyəsində məktəb və ailə ilə yanaşı ictimai mühit də mühüm rol oynayır.
Məktəbdə tərbiyə əvəlcədən düşünülmüş və məqsədə yönəldilmiş halda olduğundan, ailədə bu proses bəzi hallarda məqsədə yönəldilmiş olmaya bilir.
Məktəbdə elmi dünyagörüşün tərbiyə edilməsi uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınaraq aparılırsa, ailədə bir çox hallarda bu sahədə uşaqla yaşlıya fərq qoyulmur. Deməli, şagirdlərin elmi dünyagörüşünü tərbiyə edərkən ailə və ictimai mühitin təsirini nəzərə almaq lazımdır. Məktəb və ictimaiyyətin köməyi olmadan ailə uşaqların elmi dünyagörüşü ruhunda tərbiyə olunmasını tam təmin edə bilməz. Bunun başlıca səbəbi odur ki, valideynlər vaxtlarının çox hissəsini istehsalatda keçirir və uşaqlarla sistemli tərbiyə işi aparmaqda çətinlik çəkirlər.
A.S.Makarenkonun dediyi kimi, ”Heç də tərbiyə üçün ayrılan vaxtın miqdarından deyil, ən çox ailə həyatının düzgün təşkilindən, valideynlərin nüfuzu və şəxsi nümunəsindən, vətəndaşlıq simasından xeylı asılıdır”.
Uşaqların həyata ilk baxış və xarakteri valıdeynlərin təsiri altında formalaşır. Ailədə yaranan ilk həyat tərzi, aradakı adət və görüşlər, ailənin ictimai həyat hadisələrinə baxış və münasibətləri çox vaxt bütün ömrü boyu uşaqların mənəvi simasını müəyyən edən həlledici bir stimul kimi onların hafızələrindən slinmir. Buna görə də gələcək vətəndaşın yüksək mənəvi saflığa, əxlaqi keyfiyyətlərə malik olması, onların elmi dünyagörüşü ruhunda tərbiyə edilməsi ailədə mənəvi tərbiyə işinin düzgün təşkilindən, valideynlərin elmi dünyagörüşü və əxlaqi keyfiyyətə malik olmasından çox asılıdır.
Müəllimlər, valıdeynlər və ictimaiyyətçi tərbiyəçilər yalnız bir-biri ilə sıx əlaqədə işlədikdə, tərbiyəsi ilə məşğul olduqları uşaqlar haqqında ətraflı məlumata malik olduqda, onların inkişafinda, hərəkətlərində, əhval-ruhiyyələrində baş verən yenilikləri vaxtında görə bildikdə və bunları düzgün qiymətləndirdikdə hərtərəfli imkişaf etmiş nəsil tərbiyə edib yetişdirmək olar. Deməli, dövlət müəssisəsi olan məktəbin mühüm vəzifəərindən biri valideynləri, ictimaiyyət nümayəndələrini pedaqoji cəhətdən savadlandırmaq, onların arasında geniş və inandırıcı şəkildə təbliğat işi aparmaqdan ibarətdir.
Müasir dövrdə böyüməkdə olan gənc nəslin mənəvi idealı cəmiyyətin düzgün idarə edilməsində xüsusi əhəmiyyət kəsb edir. İndi hər bir məktəbli, xüsusilə yuxarı sinif şagirdləri özünün yiyələnmək istədiyi peşənin, gələcəyinin necə olacağı haqında düşünür , həyatda hansı ideala cəhd edəcəyi arzularını götür –“ qoy edir. İdeal məqsədə çatmaq üçün insan fəaliyyətinin stimul və motivləri vəzifələrini yerinə yetirir. Г‡ünki hər bir məktəbli gənc bir şəxsiyyət olmaq etbarı ilə konkret tarixi şəraitdə yaşayaraq konkret sosial vəzifələri yerinə yetirir, yaşadığı ölkənin fəal qurucusu kimi özünü gələcək peşə, əmək həyatına hazırlayır. Məktəbli gənc real hesab etdiyi bir arzuya çatdıqda ideal sayılan bir şeyi həyata keçirdikdə yeni arzu, məqsəd və yeni idealın yaranması prosesi başlayır. Məktəblilərdə mənəvi idealı formalaşdırarkən ilk növbədə onlarda sadə yaşayış tərzinin aşılanmasına, özlərini cəmiyyətdə, məişətdə, ictimai yerlərdə aparmaq qaydalarını gözləməyi tərbiyə etmək zəruridir. Şagirdlərdə belə keyfiyyətlərin aşılanmasında pedoqoji üçlüyün vahid tələbi müstəsna əhəmiyyət kəsb edir.
Mənəvi idealın mahiyyəti ondan ibarətdir ki, belə bir ideala xidmət edən hər bir gənc vətənini dərin məhəbbətlə sevir, beynəlmiləlçiliyi yüksək qiymətləndirir, əməyə vicdanla yanaşır, mənəvi zənginliyi və saflığı, ictimai fəallığı ilə seçilir.
Müəllim şagirdlərlə fərdi işi 2 formada – şagirdlərin evinə getmək və ya ailə başçısını məktəbə dəvət etmək formasında aparır. Müəllim ata-ana ilə söhbət edərkən uşağın nöqsanını, yaxşı cəhətlərini pedoqoji ustalıqla onlara çatdırmalıdır. Söhbət elə təşkil olunmalıdır ki, valideynlər deyilən nöqsanlardan düzgün nəticə çıxarsın, öz uşaqlarının tərbiyəsində məsuliyyət daşıdıqlarını dərk etsinlər və bu işi özlərinə borc bilsinlər. Uşağın qüsuru ilə əlaqədar valideynlərlə müəllim arasında gedən söhbətdə onların iştirakı məsləhət deyildir.
Valideynlə məktəbin fərdi əlaqə saxlamasının ikinci yolu ailəyə getmək, ev şəraiti ilə tanış olmaqdır. Qabaqcıl müəllimlər dərs ili dövründə sinif rəhbəri ilə birlikdə bir neçə dəfə sinifdə oxuyan uşaqların evlərinə gedir və ailə şəraiti ilə tanış olurlar. Müəllim ailə şəraiti ilə tanış olmaqla yanaşı, uşaqların özünü evdə, küçədə necə aparmasını, hansı idman növü ilə məşğul olmasını, gün rejiminə necə əməl etməsini öyrənir. Bu sahədə vlideynlərə lazımı kömək göstərir.
Bədən tərbiyəsi və idman məşğələləri şagirdlərdə vətənpərvərlik, dözümlülülük, əqidəlik və sair kimi əxlqi hislərin formalaşmasına səbəb olur. Məşğələlərdə şagirdlər olimpiya oyunlarda və beynəlxalq yarışlarda ölkəmizin idman şərəfini qoruyan idmançılarımızın müvəffəqiyyətli çıxışlarına dair söhbətlərlə tanış olarkən onlarda vətənə qarşı bir iftixar hissi yaranır. Bu işdə ailə, məktəb və ictimaiyyətin birgə fəaliyyəti mühüm rol oynayır. Şagirdlərin sabahkı xoş günlərə ümidini, silahsız, müharibəsiz dünyaya məhəbbətini, onların hərtərəfli inkişafına can atmasını təmin edir, onları ümidlərlə dolu dünyada firavan yaşamağa hazırlayır.
Rəna Rəhimova,
İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi

Şərh Yaz