Yaddas kitabcasi

İlk dəfə səs verənlərlə görüş

Azərbaycan Respublikasının Prezidenti yanında Gənlər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin İnkişaf Mərkəzi ” ictimai birliyinin həyata keçirdiyi “Mən seçiciyəm” layihəsi çərçivəsində 26 oktyabr 2015-ci il tarixdə Peşə Tədris Mərkəzində maarifləndirmə tədbiri keçirilib.
İlk dəfə səs verənlərlə görüş
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, PTM-nin müəllim və tələbələri iştirak ediblər. Mərkəzinin direktoru Zaur Muradov iştirakçıları salamlayıb və onlara seçki fəallığı arzulayıb.
Ekspert Fərruxə Pəncəliyeva layihənin məqsədi və əhəmiyyəti barədə iştirakçıları ətraflı məlumat verib. Bildirib ki, əsas məqsəd ilk dəfə səs verən gənclərdə fəal vətəndaş mövqeyi, seçki prosesinə maraq formalaşdırmaq və gənc seçicilərin elektoral fəallığını artırmaqdır. İştirakçılara maarifləndirmə bukletləri paylanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz