Demokratiya həftəsində

2015-ci ilin oktyabr ayının 12-dən 18-dək keçirilmiş “Azərbaycanda yerli demokratiya həftəsi”ndə Tircan bələdiyyəsi də fəal iştirak edib. Bələdiyyə üzvlərinin birgə iştirakı ilə tədbirlər planı hazırlanmış və plana əsasən, multikulturalizmlə bağlı bir sıra tədbirlər keçirilib. Bələdiyyənin hüdudları daxilində olan kəndlərdə demokratiya həftəsinə uyğun məlumatlandırıcı lövhələr asılıb. Bələdiyyədə açıq qapı günləri elan olunub və vətəndaşlar qəbul edilib. Əhali ilə ayrı-ayrı kəndlərdə keçirilən görüşlərdə vətəndaş-bələdiyyə, bələdiyyə-vətəndaş əlaqələri möhkəmləndirilib.
Elnarə Əlizadə,
Tircan bələdiyyəsinin sədri

Şərh Yaz