Yaşayış tərzi diqqət mərkəzindədir

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov oktyabr ayının 8-də rayonun Sumağallı və Г‡ayqovuşan kəndlərinin sakinləri ilə səyyar görüş-qəbul keçirib. Ənənəvi hal almış səyyar görüş-qəbulların keçirilməsində başlıca məqsəd əhalinin sosial durumu, yaşayış tərzi ilə yerlərdə tanış olmaqdır.
Sumağallıda tam orta məktəb, kitabxana, həkim məntəqəsi, poçt şöbəsi və ATS, həmçinin məscid fəaliyyət göstərir. Uzun illər əvvəl tikilmiş məktəb binasının 170 şagird yerlik şəraiti olsa da, şagirdlərin sayı 218 nəfərdir.
Sumağallıda ildən-ilə əhalinin, məktəb şagirdlərinin sayı artmaqdadır. Burada müasir standartlara uyğun və təchizatlı uşaq bağçasının tikilib istifadəyə verilməsi də məhz bu reallığın nəticəsidir.
Sumağallıda 246 ev, 257 təsərrüfatda 959 nəfər sakin vardır. İstisu kənd İƏD-i hüdudlarında olan Г‡ayqovuşan kəndində isə, 46 təsərrüfatı birləşdirən 35 evdə 159 nəfər yaşayır.
Dağətəyi ərazidə yerləşən bu kəndlərdə əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, qismən də bağçılıqdır.
Hazırda Sumağallı kəndində təbii yanacaq problemi yaşanır. Sakinlər kənd qəbiristanlığı yolunu kəsən çayın üzərində körpü qurulmasını, kənddə yeni məktəb və kitabxana binalarının tikilməsini, kənddaxili yararsız elektrik dirəklərinin dəyişdirilməsini, kənd məscidinin qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş edirlər.
Г‡ayqovuşan kəndinin içməli su ilə təminatının yaxşılaşdırılması, ibtidai məktəb binasının tikilməsi, kəndi Sumağallı ilə əlaqələndirən yolun 1200 metr məsafəsinin asfaltlaşdırılması sakinlərin əsas arzusudur.
Sakinlərin çıxışlarından sonra RİH başçısı M.Sadıqov səsləndirilən problemlərin həlli istiqamətində aidiyyəti idarələrin rəhbərlərinə tapşırıqlar verib. Problemlərlə bağlı aidiyyəti rəsmilərin verdiyi arayışlardan məlum oldu ki, yaxın vaxtlarda hər iki kəndin təbii yanacaq problemi aradan qaldırılacaq. Yeni məktəb binasının tikilməsi qarşıdakı təhsil ili üçün planlaşdırılıb. Digər məsələlərin həlli barəsində isə nazirliklər səviyyəsində iş aparılmaqdadır.
Ş.Soltanov

Şərh Yaz