Yapon dostlar İsmayıllıda

Oktyabr ayının 2-də Yapon mədəniyyətini təqdim etmək üçün İto şəhərindən Azərbaycana gəlmiş 11 nəfər mədəniyyət işçisi həmin gün Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində uzaq şərq dilləri və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Yapon mədəniyyəti günü keçiriblər.
Universitetin kafedra müdiri Oqtay Cəlilbəyli bildirib ki, fakültənin yapon dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələrə bu ölkənin tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı fənlər tədris olunur.
Yaponiyanın ölkəmizdəki səfirliyinin əməkdaşı Obata Bakı Dövlət Universiteti və Yaponiya səfirliyi arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.
Sonra İto şəhərindən gəlmiş nümayəndə heyəti milli geyimlərini, musiqilərini, gül ənənəsini, yazı xəttatlığını, çay dəstgahını təqdim ediblər.
Yapon dostlar İsmayıllıda
Yapon dostlar İsmayıllıda
Yapon dostlar İsmayıllıda
Yapon dostlar İsmayıllıda
Yapon dostlar İsmayıllıda
Yapon dostlar İsmayıllıda
Tədbirdə Yapon dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələr də öz məharətlərini nümayiş etdiriblər
Oktyabr ayının 3-də İsmayıllı rayonuna gələn qonaqları rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qəbul edib. Qəbulda İcra Hakimiyyətinin başçısı M.Sadıqov, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yaponiyanın İto şəhərində səfərdə olmuş müəllim və şagirdlər iştirak ediblər.
RİH başçısı qonaqları salamlayaraq onların rayonumuzda olmalarından məmnunluğunu, Yaponiyanın İto səhəri və Azərbaycan Respublikasının İsmayıllı şəhəri arasında imzalanmış dostluq sazişinin davamlı və daimi olacağına əminliyini bildirib. Sonda qonaqlara hədiyyələr təqdim olunub.
Həmin gün Gündoğan ölkənin vətəndaşları Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla, Mərkəzdə fəaliyyət göstərən dərnəklərin işi ilə yaxından tanış olan qonaqlar, məktəblilərin əl işlərinə heyranlıqla tamaşa ediblər. Bəyənilən əl işləri qonaqlara hədiyyə olunub.
Qonaqlar rayonun Mədəniyyət sarayı, buradakı şəraitlə tanışlıqdan sonra Heydər Əliyev adına Parkda yaradılmış “Yapon bağı”nı ziyarət ediblər. Bağın quruluşunu ilk dəfə görən qonaqlar buradakı ağac və daşların hər birinin xüsusi yeri və mahiyyəti olduğunu söyləyiblər.
Daha sonra İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyində olan qonaqlarımız, burada sərgilənmiş tarixi məişət və maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Eksponatların bir çoxu ilə dərindən maraqlanan qonaqlar həmin gün orta əsrlər şəhəri olan qədim Lahıca yola düşüblər.
Lahıc qəsəbəsində olan qonaqlar ərazinin tarixi, burada yaşayanların mədəniyyəti, məişəti və məşğuliyyəti ilə maraqlanıblar. Lahıc sənətkarlığı və yerli əhalinin adət ənənələri qonaqların böyük marağına səbəb olub.
Rayon mərkəzinə qayıdan qonaqlar Mədəniyyət sarayında milli musiqi və rəqslərdən ibarət konsert proqramı ilə 2 mərhələ çıxış ediblər. Məktəbli qızlarımızın yapon milli geyimində rəqs edənlərə qoşulması və sinxron ifaları böyük marağa səbəb olub. Hər iki seansdan sonra nümayəndə heyəti tamaşaçılara milli geyimlərini, musiqilərini, gül dəstəsi hazırlamaq bacarığını, yazı xəttatlığını, çay dəstgahını nümayiş etdiriblər.
Şəhər sakinlərinin – dinləyicilərin, tamaşaçıların, ümumilikdə tədbirə qatılanların marağına səbəb olan dost xalqın mədəniyyət və incəsənət nümunələri növbəti gün rayonun İvanovka kəndinin mədəniyyət sarayında ivanovkalıların və ətraf kəndlərdə yaşayanların, xüsusilə gənclərin iştirakı ilə daha bir konsert verilib. Burada da qonaqların hər bir çıxışı alqışlarla qarşılanıb. Tədbirin ikinci hissəsində kəndin “Slavyanka” folklor qrupunun ifasında səslənən mahnılar qonaqların ürəyincə oldu.
Gündoğan ölkənin mədəniyyət təbliğçiləri İsmayıllıda, onun kənd və qəsəbələrində alqışlarla qarşılanmalarından, göstərilən diqqət və qayğıdan, qonaqpərvərlikdən razılıq etdilər.
Şahməmməd Soltanov

Şərh Yaz