Seçki demokratiyanın güzgüsüdür

Milli Məclisə seçkilər ərəfəsində “Sənin səsin sənin gələcəyindir” mövzusunun ətraflı müzakirəsi məqsədi ilə 30 sentyabr 2015-ci il tarixdə 86 saylı İsmayıllı Dairə Seçki Komissiyası üzrə ilk dəfə səs verən gənclərlə Topçu kənd klubunda görüş keçirilib.
Görüşü İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açıb. O, ilk dəfə səs verəcək gəncləri salamlayıb, seçkilərdə fəal iştirak etməyi onların diqqətinə çatdırıb.
Seçki demokratiyanın güzgüsüdür
Seçki demokratiyanın güzgüsüdür
Seçki demokratiyanın güzgüsüdür
Sonra İsmayıllı Rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri Xətai Abbasov gənc seçicilərə seçki hüququ haqqında ətraflı məlumat verib. 86 saylı İsmayıllı Dairə Seçki Komissiyasının katibi Məhruzə Hüseynova seçkilərin demokratik ölkədə əhəmiyyətindən danışıb. O, seckiləri demokratiyanın güzgüsü adlandırıb.
Seçkilərdə ilk dəfə iştirak edəcək gənclərə yüksək vətəndaşlıq nümayiş etdirmək, seçki hüququndan düzgün istifadə etmək məsləhət görülüb.
RİH başçısının Topçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Gülzar Şirəliyeva da öz növbəsində seçkilərin hər bir gənc, hər bir vətəndaş üçün xüsusi önəmi olduğunu qeyd edib.
Gənclərin seçki və digər hüquqi məsələlərlə bağlı suallarını hüquqşünas X.Abbasov cavablandırıb.
Eyni məzmunlu tədbirlər rayonun Diyallı, Qalagah və Qubaxəlilli kəndlərində, ətraf kəndlərin ilk dəfə səs verəcək gənclərin iştirakı ilə də keçirilib.
13 oktyabr 2015-ci il tarixində isə Rayon Təhsil Şöbəsinin akt zalında İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri, eləcə də İsmayıllı Peşə Tədris Mərkəzinin şagirdləri üçün keçirilən tədbir gənclərin seçki sahəsi üzrə maariflənməsi baxımından maraqlı olub.
Şəhla Ramazanqızı

Şərh Yaz