Poeziya bayramı

Seyid Əzim Şirvani –“ 180

Qədim mədəniyyət və incəsənət paytaxtı olan Şamaxı həm də poeziya və şairlər vətəni kimi tarixdə böyük iz qoymuşdur. Böyük əksəriyyəti də Şirvani təxəllüsü ilə yazıb yaratmışdır. Bunlardan biri də Seyid Əzim Şirvani Seyid Məhəmməd oğlu 1835-ci il iyulun 10-da Şamaxının “Qala bazar” məhəlləsində anadan olmuşdur. Yeddi yaşında ikən atası vəfat edir. Dağıstanın Yaqsay kəndində dindar kimi fəaliyyət göstərən ana babası Molla Hüseyn qızı Səkinə ilə nəvəsi Əzimi Dağıstana –“ öz yanına aparır, nəvəsinin təlim-tərbiyəsi ilə özü məşğul olur. On səkkiz yaşında anası ilə doğma yurda qayıdan Əzim Şamaxı mədrəsəsində təhsilini davam etdirir.
Poeziya bayramı
Poeziya bayramı
Poeziya bayramı
Anası yeganə oğlunu yaxşı tanıdığı Məşədi Mövsümün qızı Ceyran xanımla evləndirir. Bu evlilikdən onların üç övladı olur: Mir Cəfər, Seyid Həcər və Seyid Fatma. Mir Cəfər 1902-ci il Şamaxı zəlzələsindən sonra Bakı şəhərinə köçmüşdür. Bacıları Seyid Həcər və Seyid Fatma da ailələri ilə Bakıya sonra da Aşqabada köçmüşlər…
Azərbaycanın Prezidenti İlham Əliyev Seyid Əzim Şirvaninin anadan olmasının 180 illiyi münasibəti ilə tədbirlərin keçirilməsi barədə sərəncam imzalamışdır. Bununla əlaqədar oktyabrın 6-da İsmayıllıda da belə bir tədbir keçirilmişdir. Füzuli yaradıcılığının davamçılarından biri olan S.Ə.Şirvani haqqında AAB və AYB-nin üzvü, Şamaxı bölməsinin sədri, filologiya üzrə elmlər doktoru Seyfəddin Qəniyev məruzə etmişdir. Seyfəddin müəllim tədbir iştirakçılarını salamladı və bu toplantını bayram adlandırdı:
– Mənim üçün çox xoşdur ki, belə tədbirdə iştirak edirəm. Onu da qeyd edim ki, böyük şairə həsr edilmiş belə tədbir –“ poeziya bayramı birinci olaraq İsmayıllıda keçirilir. Seyfəddin müəllim əsasən, şairin şəcərəsi haqqında geniş məlumat verdi. Məlum oldu ki, böyük şairin törəmələri –“ nəvə-nəticələrindən yaşayanların sayı onlarcadır. Bu barədə “Kredo” qəzetinin 2 oktyabr 2015-ci il tarixli nömrəsində geniş məlumat almaq mümkündür. Belə tədbirlərin keçirilməsində Mədəniyyət və Turizm Nazirliyi də xeyli işlər görür.
Tədbirdə müğənnilər şairin qəzəllərini muğam üstündə ifa etdilər.
İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov son söz söylədi. O, tədbir iştirakçılarına, onu ərsəyə gətirənlərə razılığını bildirdi, hamısına sağ ol dedi. Müğənni Sahibə Abdullayevanın səsini Rübabə Muradovanın səsinə oxşatdı. Tədbirdən razı qaldığını vurğuladı.
Müğənnilər Bəhruz Haşımov, İntiqam İbrahimov, Qalib Güləliyev, İsaq Mövlamov Seyid Əzimin qəzəllərini ifa etdilər. Şairin şeirləri səsləndirildi. Rejissor Tofiq Babayev və Rövşən Xələfov, həmçinin səs operatoru Oqtay Xalıqov da tədbirin maraqlı alınması üçün xeyli əmək sərf etmişlər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz