Tariximizi bilirikmi?

Hər bir azərbaycanlı üçün Bakı, Gəncə, Bərdə, Şəki, Dərbənd, Naxçıvan, Təbriz, Ərdəbil şəhərləri nə qədər əzizdirsə, İrəvan şəhəri də bir o qədər əziz və doğmadır. Bu doğmalıq hisslərinin gənc nəslə aşılanmasını, onların Vətən yaddaşının və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsini qarşıya məqsəd qoyan qeyri-hökumət təşkilatları, ictimai birliklər, qurumlar yerlərdə maraqlı tədbirlərlə çıxış edirlər.
Tariximizi bilirikmi?
Tariximizi bilirikmi?
İsmayıllı Rayonunun Gənclər Paytaxtı olması Rayonda gənclərlə bağlı tədbirlərin intensivləşməsinə səbəb olub. Belə tədbirlərdən biri də 8 oktyabr 2015-ci il tarixində rayon İcra Hakimiyyəti, İsmayıllı rayon Gənclər və İdman İdarəsi, “Bizim Nəsil“ Gənclərin Regional inkişaf assosiasiyası ictimai birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun dəstəyi ilə rayonun Uşaq Kitabxanasının akt zalında rayon gəncləri ilə birlikdə “İrəvan – Bizim qala” (2-ci mərhələ) adlı layihə icra olunub.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb S.Əhmədova çıxışında layihənin gənclər üçün xüsusi mənəvi əhəmiyyət kəsb etdiyini və Qərbi Azərbaycan – İrəvan haqqında məlumatların artırılmasındakı rolundan danışıb.
Daha sonra tədbir Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə ictimai şuranın sədri, “Bizim Nəsil” GRİA İB-nin sədri Nurəddin Mehdiyevin nitqi ilə davam etdirilib. O, bildirib ki, layihənin rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanması, əsasən də gənclərin fəallığı xüsusi diqqət çəkir. İrəvan və Qarabağ tarixi ilə bağlı aparılan işlərdən, bu mövzuda tarixi filmlərin hazırlanmasından söhbət açıb.
Tədbirin yekun çıxışını isə AMEA Milli Azərbaycan Tarix Muzeyinin əməkdaşı Səbuhi Hüseynov Azərbaycan tarixi, torpaqları, Qərbi Azərbaycan –“ İrəvan haqqında məlumatlılığın artırılmasını, gənc nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə həs edib. Gənc və yeniyetmələrə İrəvan tarixi haqqında elektron sənədlər təqdim olunub. Ardınca Qərbi Azərbaycan və Qarabağ ərazilərində olan tarixi abidələrimizin, məscidlərin, dini ocaqların keçmişini , onlara düşmənlərimizin bugünkü varvar münasibətini əks etdirən film nümayiş etdirilib.
Sonda tədbirdə iştirak edən gənclərə layihə icraçıları tərəfindən sertifikatlar, “İrəvan bizim qala” yazılı köynəklər, bukletlər paylanıb. Tədbir çay süfrəsi ilə yekunlaşıb.
Elnarə Qasımova

Şərh Yaz