86 saylı İsmayıllı Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisi deputatlığına namizəd

Novruzəli Davud oğlu Aslanov
(Novruz Aslan)

Seçkiqabağı platforma

* Vətəndaş cəmiyyətinin demokratik əsaslarla inkişafında, müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində fəal iştirak etmək, milli-mənəvi dəyərlərimizi, mədəniyyət və incəsənət incilərimizi qorumaq;
86 saylı İsmayıllı Seçki Dairəsindən  Azərbaycan Respublikası Milli Məclisi deputatlığına namizəd
* Dövlətin korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizəyə dəstək olmaqda, hər bir Azərbaycan vətəndaşının, eyni zamanda seçicilərin hüququnu müdafiə etməkdə qanunların aliliyinin təmin olunmasında fəal iştirak etmək;
* Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsi uğrunda mübarizədə bütün imkanlardan tam olaraq istifadə edərək dövlət siyasətinə dəstək vermək;
* Azad sahibkarlığın, həmçinin kiçik və orta təsərrüfat subyektlərinin, xüsusiylə bölgələrdə fermer təsərrüfatının, həmçinin turizm sahəsinin inkişaf etdirilməsi naminə müasir standartlara cavab verən yeni qanunların qəbul edilməsinə, azad sahibkarlığın inkişafına və yerlərdə fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına çalışmaq;
* Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq İsmayıllı rayonunun hərtərəfli sosial –“iqtisadi inkişafının təmin olunmasında, əhalinin üzləşdiyi problemlərin həllində müvafiq qurumlar qarşısında məsələnin qaldırılmasında, ixtisaslı kadrların və gənclərin işlə təmin olunması istiqamətində rayonda yeni təsərrüfat obyektlərinin açılması üçün tədbirlərin həyata keçirilməsində yaxından iştirak etmək və bu istiqamətdə eyni təşəbbüslərlə çıxış etmək;
* Elm və təhsilin, səhiyyənin, bədən tərbiyəsi və idmanın inkişafına, kommunal təsərrüfat xidmətlərinin müasir standartlara uyğun qurulmasına, mədəniyyət və təhsil ocaqlarının müxtəlif təyinatlı sosial obyektlərin maddi-texniki bazasının möhkəmləndirilməsinə kömək göstərmək;
İsmayıllı rayonunun yerli icra orqanlarının, özünüidarəetmə və qeyri-hökumət strukturlarının
fəaliyyətinin səmərəli təşkilinə dəstək olmaq, onlarla qarşılıqlı əməkdaşlıq etmək;
* İsmayılı rayonunda müxtəlif sosial və humanitar proqramların həyata keçirilməsinə, rayonun infrastruktur layihələrinə, xüsusilə təbii qaz, su və enerji ilə təchizat məsələlərində müvafiq tədbirlərin həyata keçirilməsinə, şəxsi mülkiyyətin genişlənməsinə və daha da səmərəli istifadəsinə köməklik göstərmək;
* Şəhid ailələrinin, müharibə veteranlarının, tənha insanların, məcburi köçkünlərin, Г‡ernobıl əlillərinin və digər aztəminatlı təbəqədən olan sakinlərin problemlərinin həllinə daim çalışmaq;
* Uşaqlar və gənclər arasında narkomaniyaya və alkoqolizmə, AİDS-ə qarşı lazımı maarifləndirmə və profilaktik işlərin aparılmasında, zəruri səhiyyə maarifi işlərində müvafiq icra orqanlarına lazım olan lazımı maddi-texniki köməkliyin göstərilməsinə çalışmaq;
* İsmayıllı rayonunda ətraf mühitin qorunması sahəsində, təbii ehtiyatların mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində keçirilən tədbirlərə dəstək vermək;
İsmayıllı rayon sakinlərinin hüquqlarının qorunmasında, onların sosial-məişət şəraitinin yaxşılaşdırılmasında fəal iştirak etmək.
Siz məni tanıyırsınız!

Şərh Yaz