86 saylı İsmayıllı Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisi deputatlığına namizəd

Canaliyev Nadir Qənimət oğlu

25 iyun 1987-ci ildə İsmayilli şəhərində anadan olub. 2004-cü ildə E.Məmmədov adina şəhər 3 nömrəli tam orta məktəbini bitirib.
2004-2005-ci illərdə hərbi xidmətdə olub. 2008-ci ildə Azərbaycan Memarliq və İnşaat Universitetinin su təssərufati və mühəndis komunikasiya sistemləri fakültəsinə qəbul olunub. 2012-ci ildə həmin universiteti bakalavr dərəcəsi ilə bitirib.
Universiteti bitirdikdən sonra bir müddət “Coca-Cola” şirkətində operator vəzifəsində işləyib.
Hal-hazirda işsizdir.
86 saylı İsmayıllı Seçki Dairəsindən  Azərbaycan Respublikası Milli Məclisi deputatlığına namizəd
Seçkiqabağı platforma

* Bütöv və güclü Azərbaycanın naminə çalışmaq, müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində fəal iştirak etmək, milli-mənəvi dəyərlərimizi qoruyub inkişaf etdirmək;
* Azərbaycan vətəndaşlarının, seçicilərin hüququnu müdafiə etməkdə qanunların aliliyinin təmin olunmasında fəal iştirak etmək;
* Bölgələrdə sahibkarlığın, fermer təsərrüfatının, eləcə də turizm sahəsinin inkişaf etdirilməsində müasir standartlara cavab verən yeni qanunların qəbul edilməsinə çalışmaq;
* Qəbul olunmuş dövlət proqramına uyğun olaraq, İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində təşəbbüslərlə çıxış etmək;
* Xidmət sahələrinin müasir standartlara uyğun qurulmasına, müxtəlif təyinatlı sosial obyektlərin maddi-texniki bazasının möhkəmləndirilməsinə çalışmaq;
* İmtiyazlı və aztəminatlı təbəqədən olan vətəndaşların problemlərinin həllinə çalışmaq;
* Uşaqların və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması sahəsində maarifləndirmə işlərinin aparılmasına çalışmaq;
* Ətraf mühitin qorunması, təbii ehtiyatların mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi işlərinə dəstək vermək;
* Sosial və humanitar proqramlar sahəsində rayonun infrastruktur layihələrinə, xüsusilə təbii qaz, su və enerji ilə təchizat məsələlərində müvafiq tədbirlərin həyata keçirilməsinə təşəbbüs göstərmək;
Gələcək gənclərindir, gələcəyinizə səs verin!

Şərh Yaz