Əldə qələm tutmağı bizə sən öyrətmisən

Aparıcılar sözə başlamazdan əvvəl müğənninin oxuduğu “Əziz müəllimimiz” mahnısı “Qala” şadlıq sarayına dəvətliləri xəyallara qərq edir. Müəllimlərin hər biri özünün ilk dəfə əlinə jurnal aldığı birinci dərs gününü yada salır, gəncliyini xatırlayır. İştirakçılardan bəziləri var ki, həmin gündən 40-50 il keçir. O zaman aşıb-daşan enerjili və böyük həvəslə sinfə daxil olan gənclər bu illər ərzində onlarca gənci pərvazlandırıb həyata vəsiqə vermişdir. Vətən üçün layiqli övladlar yetişdirən o müəllimlərin qazancı bəyaz saçlar, üzdəki qırışlar olmuşdur. Bir də əldə qələm tutmağı öyrətdiyi şagirdlərin bu gün müəllim, həkim, mühəndis, iqtisadçı, neftçi və digər ixtisas sahibi kimi çalışmasıdır. Bunu qocaman müəllimlərin ömrünün davamı da saymaq olar. İstedadlı şairimiz Musa Yaqub əbəs yerə deməyib: “Məndədir, səndədir müəllim ömrü”.
Əldə qələm tutmağı bizə sən öyrətmisən
Əldə qələm tutmağı bizə sən öyrətmisən
Əldə qələm tutmağı bizə sən öyrətmisən
Əldə qələm tutmağı bizə sən öyrətmisən
Əldə qələm tutmağı bizə sən öyrətmisən
Əldə qələm tutmağı bizə sən öyrətmisən
Əldə qələm tutmağı bizə sən öyrətmisən
Əldə qələm tutmağı bizə sən öyrətmisən
Tarixlər boyu müəllim adı müqəddəslik səviyyəsinə qədər yüksəlmişdir. Ən nüfuzlu adamlara hörmət əlaməti olaraq, ixtisası müəllimlikdən uzaq olsa da müəllim deyə müraciət etmişlər. Müəllim ömrü… Bu ömrün ən mənalı illəri Vətən üçün, xalq üçün layiqli şəxsiyyətlər yetişdirməyə sərf edilmişdir. Yetirmələrinin yüksək ixtisas sahibi olub, ad-san qazanması müəllim üçün ən uca mükafat deyilmi?
Müəllim əməyi çətin olmaqla yanaşı, həm də şərəfli və müqəddəsdir. Ulu öndərimiz Heydər Əliyev: “Müəllim adı ən yüksək addır, mən yer üzündə müəllimdən yüksək ad tanımıram” demişdir. Müdriklərin müəllimlər haqqında çox qiymətli fikirlər söyləməsi dediklərimizə yaxşı sübutdur. Beynəlxalq müəllim gününün qeyd edilməsi də bu peşə sahiblərinə olan hörmətdən irəli gəlir.
Müəllimlərin bu ənənəvi bayramı rayonumuzda hər il təntənəli surətdə qeyd edilir. Oktyabrın 5-də “Qala” şadlıq sarayı yenə izdihamlıdır. Burada saç-saqqalını məktəb yollarında ağartmış qocaman müəllimlərlə yanaşı, əmək fəaliyyətinə yenicə başlamış gənclərə və orta yaşlı müəllimlərə də rast gəlmək olardı. Tədbirə rayonun İcra Hakimiyyəti aparatının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, məktəblilər də qatılmışdı. Aparıcılar tədbir iştirakçılarını müəllim günü münasibətilə təbrik edir, onlara şərəfli işlərində uğurlar arzuladılar.
Yeni tədris ilində
rayonumuza xoş xəbər yayıldı. Aparıcılar bu xəbəri tədbir iştirakçılarına çatdırdılar. Ölkə Prezidentinin Sərəncamı ilə İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Humay Əhmədova Əməkdar müəllim adına layiq görülmüşdür. Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Dadaş Əliyev isə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Xəbər iştirakçıların gurultulu alqışları ilə qarşılandı.
Söz mahnıya verildi. Müğənni Rövşən Teyyubovun ifasında mahnı səsləndi.
Söz İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqova verildi. Başçı Beynəlxalq Müəllim Günü münasibətilə həmkarlarını təbrik etdi, onlara məsul və çətin işlərində uğurlar arzuladı. O, müəllim haqqında və müəllim əməyi barədə xoş sözlər söylədi, İsmayıllı təhsilinin uğurlarından söz açdı. M.Sadıqov elmin açarı olan müəllimləri cəmiyyətdə ən nüfuzlu, aparıcı insan adlandırdı. O, Humay müəllimi fəxri ad alması, Dadaş müəllimi isə medalla təltif edilməsi münasibətilə təbrik etdi.
Г‡ox xoş haldır ki, ölkəmizdə, eləcə də rayonumuzda təhsilə böyük diqqət yetirilir. Axı başqa cür ola bilməz. Ölkədə sosial-iqtisadi, mədəni və abadlıq, quruculuq işlərinin həcmi artdıqca təhsildə də yeni texnologiyalar tətbiq olunur, müasir məktəblər tikilib istifadəyə verilir. Bu cəhətdən rayonumuz da istisnalıq təşkil etmir. Təhsil sahəsinə verilən diqqət uğurların da artmasına yardımçı olur. Rayonumuzun məzunları ali məktəblərə qəbullarda yüksək nəticələr əldə edərək respublikada ad-san qazanmışlar.
Bu ilki qəbul imtahanlarında
20 nəfər məzunumuz 600-dən yuxarı, 68 nəfəri 500-dən artıq bal toplayaraq tələbə adını qazanmışdır. Yola saldığımız tədris ilində 873 nəfər məzundan 312 nəfəri tələbə adını almışdır. Bir məzun – şəhər 3 nömrəli məktəb-liseyin məzunu Fidan Canalıyeva məktəbi qızıl medalla bitirmişdir. Müəllim günündə də bu mövzuda geniş söhbət getdi, günün qəhrəmanları olan məzunlar və qocaman təhsil işçiləri də alqış paylarını aldılar.
Əlbəttə, təhsildəki uğurlar fədakar müəllimlərin gərgin əməyi sayəsində əldə edilir. Bir qrup müəllimə RİH başçısının Fəxri fərmanları təqdim olundu. Başçı həmin müəllimləri təltif edərkən onların ünvanına xoş sözlər söylədi, əldə edilmiş uğurlarda onların böyük əməyinin olmasını xüsusilə vurğuladı.
Aparıcılar rayonun adlı-sanlı qocaman müəllimlərini mikrofona dəvət edirlər. Onlar artıq məktəblə vidalaşıb istirahət edirlər. Buna baxmayaraq qocaman müəllimlər rayonun ictimai həyatında fəallıq göstərirlər. Bu təhsil fədailərinin hər biri haqqında istənilən qədər xoş söz söyləmək mümkündür. Mirdaməd müəllim onların hər biri ilə görüşdü, onlara qiymətli hədiyyələr təqdim etdi. Bu qocaman təhsil işçiləri haqqında yüksək fikirlər söyləyən başçı İsmayıllı təhsilinin inkişafında, ən yaxşı ənənələrin yaşatmasında onların əməyinin böyük olmasından da söz açdı.
Qocaman müəllimlər adından Lahıc qəsəbə tam orta məktəbinin direktoru Hikmət Haqverdili çıxış etdi. Həmkarları adından ölkə başçısı İlham Əliyevə, həmişə müəllimlərlə birgə olan Mirdaməd müəllimə təşəkkür etdi.
Aparıcılar müğənni Qalib Güləliyevə söz verirlər. O, ifa etdiyi mahnı ilə tədbir iştirakçılarına nəğmə payı ərməğan edir. Qocaman müəllimlər gənclik həvəsi ilə rəqs edib, yallı getdilər.
Qocaman təhsil işçisi, Dövlət qulluğu veteranı Valeh Salehov həmkarlarını bayram günü münasibətilə təbrik, sonra onlara qiymətli hədiyyələr təqdim etdi.
İsmayıllı şəhər 2 nömrəli bağçanın kiçik fidanları “Sarı gəlin” rəqsini ifa edərək tamaşaçıların alqışlarını qazandılar. Yeri gəlmişkən, onu da qeyd edək ki, Yeniyol məktəbinin şagirdi İlqar Məmmədov eyni adlı xalq mahnısını ifa edərək alqış payını aldı.
Həyatda elə bir insan
tapmaq olmaz ki, onun üzərində müəllim haqqı olmasın. Bu haqq qaytarılmalıdır, bu haqq ödənilməlidir. Onun ödənilmə yolu isə müəllimlərin öyrətdiyi elm və ədəb-ərkanın şagirdlər tərəfindən mükəmməl mənimsənilməsidir.
Zirvələrdir ucalığın,
Yaxşı olsaq, üz ağlığın
Bir gün gəlsə, qocalığın,
Dərmanın mən, müəllimim.
Rayon təhsil şöbəsinin müdir müavini Rahim Baxışov bir qrup müəllimə ATİHİ Rayon Komitəsinin qiymətli hədiyyələrini təqdim etdi.
Əldə qələm tutmağı bizə sən öyrətmisən
Əldə qələm tutmağı bizə sən öyrətmisən
Əldə qələm tutmağı bizə sən öyrətmisən
Əldə qələm tutmağı bizə sən öyrətmisən
Əldə qələm tutmağı bizə sən öyrətmisən
Əldə qələm tutmağı bizə sən öyrətmisən
Əldə qələm tutmağı bizə sən öyrətmisən
Tədbir iştirakçılarına bir xoş xəbər də çatdırıldı. “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuş Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin iki şagirdi – Timofey Prokofyev və Anna Orlova bu il Moskva və Suzdal şəhərlərində, ekologiya sahəsi üzrə keçirilmiş “Meşələri qoruyaq”adlı beynəlxalq müsabiqənin qalibi olmuşlar. Onlara da qiymətli hədiyyələr təqdim edildi.
Müəllim günündə müxtəlif fənn müəllimləri də unudulmadı. Yüksək uğurlar qazanmış bu müəllimlər də hədiyyəsiz qalmadı, onlar da mükafatlandırıldılar.
Yenə də söz musiqiyə, rəqsə verildi. Müğənni İntiqam İbrahimov ürəyə yatımlı bir nəğmə payı verdi keçmiş müəllimlərinə. Ardınca da aparıcılar rəqs müsabiqəsi elan etdilər. Şərtə görə ən yaxşı rəqs edən qiymətli hədiyyə ilə mükafatlandırılacaqdı. Qalib isə şəhər 3 nömrəli məktəb-liseyin müəllimi Г‡ingiz Muradlı oldu. Digər bir neçə nəfər də hədiyyə qazandı.
Müəllim günündə qazanılan uğurlar haqqında xeyli söhbət getdi. Bu işdə hər bir müəllimin zəhmət payı var. Yeni əmək fəaliyyətinə başlamış gənclərlə yanaşı simalarında illərin izləri qalmış qocaman müəllimlərdən də bir qrupu tədbirə dəvətli idi. Həmin ziyalıların yetirmələri bu gün rayonun müxtəlif təhsil ocaqlarında müəllimlik edir, digər sahələrdə xalqına xidmət edirlər. Burada bir neçə nəsil estafeti bir-birinə ötürərək gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Belələrinə misal olaraq Qüreyiş Mikayılovanı, Xamis Ağayevi, Səkinə Məmmədovanı və başqalarını göstərmək olar. Mirdaməd müəllim bu qocaman müəllimləri bağrına basıb təbrik etdi, onlara uzun ömür, can sağlığı arzuladı. RİH başçısının müavini Sevil Əhmədova onların hər birinə qiymətli hədiyyə təqdim etdi. Bu, onların keçmiş əməyinə verilən kiçik mükafat olsa da, məclisə dəvət edilmələri onlar üçün xoş anlardır. Belə xoş gündə qocaman pedaqoqların da gənc həmkarlarına təbrik sözləri oldu. Ən qocaman Qüreyiş müəllim, Xamis müəllim və Səkinə müəllim çıxış edərək fəaliyyətdə olan həmkarlarını təbrik etdi, onlara çətin və şərəfli peşələrində möhkəm can sağlığı və yeni-yeni uğurlar arzuladılar.
Düşər sünbül-sünbül saçlarıma dən,
Bir xırman buğdadır səpdiyin hər dən
Bizə dərs dediyin doğma məktəbdən,
Başlayır bu böyük Vətən, müəllim.
Belə əziz gündə şagirdlər də öz müəllimlərinə hədiyyə payı gətirməyi unutmamışlar. Şəhər 5 nömrəli tam orta məktəbinin şagirdi Əli Bəyməmmədlinin sazda çaldığı ”Ruhani” aşıq havasını müəllimlərinə ərməğan etdi. Müğənni Bəhruz Haşımov da müəllimləri oxuduğu mahnılarla feyziyab etdi.
Tədbirdə 65 yaşı tamam olub, məktəblə vidalaşan bir qrup müəllim də iştirak edirdi. Biz onların şərəfli yolu ilə fəxr edir, onlara gələcək həyatlarında könül xoşluğu arzulayırıq. Təlim-tərbiyə yolunda saç ağartmış müəllimlərin ürək sözlərini dinləmək xoş olardı. Bunun üçün şəhər 3 nömrəli məktəb-liseyin müəllimi Qaçay Əzizova söz verilir. O, həmkarlarını bayram münasibətilə təbrik etdi, gənclərə tövsiyə etdi ki, estafeti əllərdə möhkəm saxlasınlar. Xüsusilə vurğuladı ki, rayon rəhbərliyi ildən-ilə bu sahəyə diqqəti daha da artırır. Bunu son illər inşa edilən yeni məktəblər, əsaslı təmir edilən məktəblər, təhsil ocaqlarının müasir texniki avadanlıqlarla təchiz edilməsi və sair yaxşı işlər sübut edir.
İsmayıllı tarixən, yüksək təhsil ənənələrinə malik olan rayon kimi tanınır. Bu ənənələr son illər daha da artıb. İndi yetişməkdə olan gənc nəsil sabahımız, gələcəyimizdir. Yeniliyə can atan gənclər yaxşı mütəxəssis kimi iş başına keçəcək və bu ənənələr daha da artacaq. Bunlar sübut edir ki, gələcəyimiz möhkəm əllərdədir.
Ş.Soltanov,
B.Babayev

Şərh Yaz