Yaxşılıq unudulmur

Rayonun Sulut kəndində yaşayıram. Qardaşım Süleymanov Sadiq Baladadaş oğlu Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Kəndin qəbiristanlığında dəfn olunub.
Atam Baladadaş Süleymanov uzun müddət Qazaxıstan Respublikasının Manqışlaq vilayətində yaşayırdı. Bu yaxınlarda onun ölüm xəbərini aldıq. Orada yaşayan azərbaycanlılara doğma torpaqda dəfn olunmasını vəsiyyət edib.
Bu səbəbdən də onun cənazəsini Azərbaycana gətirmək məsələsini də elə oradakı həmyerlilərimiz öz öhdələrinə götürüblər.
Bir aya yaxındır ki, atamı doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırmışıq.
Aradan ötən müddətdə hər gün atamın cənazəsinin vətənə gətirilməsində zəhmət payı olanlara minnətdarlıq etmək istəyi məni rahat buraxmır.
Yaxşılıq unudulmur və unudulmayacaq da. Bu səbəbdən Azərbaycanın Qazaxıstandakı səfirliyinə şəxsən Rəşad müəllimə, “AZAL”ın nümayəndəsi Zaur müəllimə və əməkdaşlarına eləcə də azərbaycanlıların Qazaxıstandakı cəmiyyətinin üzvlərinə Nadir Məmmədova, Yusif Bünyadova, Zakir Əkbərova, həmçinin həmyerlimiz İlyas müəllimə və Hacı Vahidə ailəmizin adından dərin təşəkkürlərimizi çatdırıram.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin İsmayıllı rayon Şöbəsinin ailəmizə göstərdiyi diqqətə görə təşəkkürlərimi yuxarıda adları qeyd olunanlara çatdırılmasını da özümə borc bilirəm.
Samir Süleymanov,
Sulut kəndi

Şərh Yaz